İnsan yuxusuz neçə müddət qala bilər?


Digərləri 02 Apr 2023 22:37:00 265 0

İnsan yuxusuz neçə müddət qala bilər?

Tədqiqatlar göstərir ki, insanlar kifayət qədər uzun müddət yatmaya bilər, lakin bunun sağlamlıq üçün olduqca mənfi fəsadları var.

"Ginnesin rekordlar kitabı" 1997-ci ildən bəri uzun müddət oyaq qalma ilə bağlı rekordları qəbul etmir. Çünki uzun müddət doyunca yatmama insan orqanizmi üçün ciddi təhlükə törədir. Bununla yanaşı, insanların təxminən 2 həftə və daha çox yuxusuz qalmaları barədə ən azı iki fakt məlumdur.

İnsanın ən uzunmüddətli yuxusuz qalması faktı rəsmi şəkildə bir dəfə təsdiqlənib və bu rekord hələ 1963-cü ildə müəyyən edilib. O vaxt Amerika Birləşmiş Ştatlarının Kaliforniya şəhərinin 17 yaşlı sakini Rendi Qardner 11 gün 25 dəqiqə ərzində yatmayıb. Bir fakt da vardır ki, o, rəsmi təsdiq olunmayıb, çünki həmin vaxt Robert Makdonald adlı şəxsin oyaq qalmasını heç kim izləməyib. 1986-cı ildə yayılan məlumata görə o, təxminən 18 gün 22 saat yatmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, alimlər hesab edir ki, uzun müddət yuxusuz qalma insan sağlamlığına çox güclü ziyan vurur. Doyunca yatmama diabet, ürək-damar xəstəlikləri, piylənmə və depressiya kimi xəstəliklərin inkişaf riskini artıra bilər. Alimlərin fikrincə, hər bir insan sutkada fasiləsiz 6-8 saat yatmalıdır.

Nyu-Yorkdakı "Mount Sinai" tibb mərkəzinin əməkdaşı Oren Koenin sözlərinə görə, bəzi insanlar hərdənbir 24 saat ardıcıl yuxusuz qala bilər. Lakin normal ritmin bu cür pozulması insanın bəzən yuxunu reallıqdan fərqləndirə bilməməsi ilə nəticələnə bilər. Yəni beyin yuxu tələb edir və bu səbəbdən insan yuxu ilə oyaq qalma arasındakı həssas sərhəddə ola bilər.

Eyni zamanda, tam sutka ərzində yatmayan insanlarda hallüsinasiya inkişaf edə və onlar çox diqqətsiz ola bilərlər. Buna səbəb beynin aktivliyinin aşağı düşməsidir. Alimlərin sözlərinə görə, bu cür insanların nitqində qüsurlar əmələ gəlir, beyin adekvat qərarlar qəbul edə bilmir, hafizə pisləşir, əsəbilik yaranır, görmə və eşitmə qabiliyyəti pozulur.

Los-Ancelesdəki Kaliforniya Universitetinin əməkdaşı Elon Evidenin fikrincə, bir neçə həftə yuxusuz qalmaq demək olar ki, mümkün deyil. Hətta 24 saat oyaq qaldıqdan sonra beyin orqanizmi istər-istəməz yatmağa məcbur edir.

Koenin sözlərinə görə, bəzi insanlar var ki, doyunca yatmayanda müəyyən qısa vaxt ərzində özlərini həqiqətən yaxşı hiss edirlər. Bu, böyük miqdarda alkoqol qəbul edən insanın özü ilə bağlı hər şeyin qaydasında olduğunu və hətta avtomobili idarə etmək iqtidarında olmasını fikirləşməsinə bənzəyir. Lakin bu cür insanlar başa düşmürlər ki, beyin tamamilə başqa cür işləyir və bu səbəbdən onlar üçün reallıq artıq başqadır.

Övladlarının üzünü ilk dəfə göstərdilər like
  • 02 Apr 22:31  
Digərləri Övladlarının üzünü ilk dəfə göstərdilər

Türkiyənin məşhur aktyor cütlüyü Hande Soral və İsmail Demirci övladla

arrow Ətraflı
Gözümüzün önündə olan bu bitki qocalmanın qarşısını alırmış like
  • 02 Apr 22:19  
Digərləri Gözümüzün önündə olan bu bitki qocalmanın qarşısını alırmış

Alimlər aşkar ediblər ki, adi tansy bitkisi (dağtərxunu) qocalma prosesini

arrow Ətraflı
"Dəhşətli itkilər də rusları dayandırmır" like
  • 02 Apr 20:51  
Dünya "Dəhşətli itkilər də rusları dayandırmır"

Baxmut istiqamətində vəziyyət çox gərgin olaraq qalır.

arrow Ətraflı
Azərbaycan XİN beynəlxalq ictimaiyyətə müraciət edib like
  • 02 Apr 20:45  
Siyasət Azərbaycan XİN beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkd�

arrow Ətraflı
SON DƏQİQƏ! ABŞ hərbi təyyarəsi İran sərhədində like
  • 02 Apr 20:19  
Dünya SON DƏQİQƏ! ABŞ hərbi təyyarəsi İran sərhədində

ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü

arrow Ətraflı
Blinken Rusiyadan tələb etdi: Dərhal azad edin! like
  • 02 Apr 20:12  
Dünya Blinken Rusiyadan tələb etdi: Dərhal azad edin!

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavr

arrow Ətraflı
Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib like
  • 02 Apr 20:00  
Digərləri Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl

arrow Ətraflı
Minaya düşərək həlak olan hərbçimizin like
  • 02 Apr 19:54  
Digərləri Minaya düşərək həlak olan hərbçimizin

Xəbər verdiyimiz kimi, Talış kəndi istiqamətində Azərbaycan Ordusunun h�

arrow Ətraflı