Bu yolda hərəkətin təşkilində dəyişiklik edilib Yenilik nə dərəcədə effektivdir? VİDEO
Digərləri 01 Apr 2023 06:44:00 270 0
Bakının Babək prospektində hərəkətin təşkilində dəyişiklik edilib. Məqsəd günün pik saatlarında sıxlığı azaltmaqdır. Bəs dəyişiklik hərəkətin intensiv olduğu yolda effektiv olubmu?
Bu xəbəri də oxu: Nazirlər yaralılarla görüşdü
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, artıq Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkət işıqforla tənzimlənir.
Yəni NZS qəsəbəsindən ''Koroğlu'' metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti üçün keçid yeri qoyulub.
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Coşqun Məmmədov bildirilib ki, layihədən əvvəl qeyd olunan kəsişmədə təhlillər aparılıb və bir sıra problemlər aşkar edilib. Qərara alınıb ki, həmin yolda hərəkətin təşkilində dəyişiklik edilsin.
Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib. Nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.
Dəyişikliklə Oqtay Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin yürüş məsafəsi 2, 5 km qısalıb. Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50 faizə qədər azalıb.
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu bacısı Rasimə Seyidcahanla
"The Hollywood Reporter" 2023-cü ilin ən yaxşı Hollivud stilistlə
İnsanlar arasında inanclara söykənənlər, realistlər, elmə dayananlar, di
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Slovakiya Ukrayna ordusuna təhvil vermək üçün döyüş sursatı isteh
Rus ordusu Avdeyevkaya hücum edərək iki nəfəri öldürüb.
"Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyy�
Macarıstan lideri Viktor Orban bildirib ki, AB Ukraynaya sülhməramlı qüvvə
"Keçmişə baxanda indiki situasiya həyəcan siqnalı çalınacaq səviyy
Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası 115 milyard dollarlıq �