"Azərbaycanİran gərginliyi həyəcan siqnalı çalınacaq səviyyədədir"
Siyasət 31 Mar 2023 23:29:00 295 0
"Keçmişə baxanda indiki situasiya həyəcan siqnalı çalınacaq səviyyədə görünür. Azərbaycanla İran arasındakı hazırki gərginlik ciddidir".
Bu xəbəri də oxu: Ermənistan: ümüdsiz olsa da, silahlanır. Niyə?
Son.az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Azərbaycan İran arasındakı son durumu şərh edərkən deyib.
Metyu Brayza deyir ki, İran sərhədə qoşun yığmaqla Azərbaycan xalqını qorxutmaq istəyir: "İran bununla demək istəyir ki, İkinci Qarabağ müharibəsindəki qələbənizdən ruhlanmayın. Həm də İrandakı etnik azərbaycanlıları da qorxutmaq istəyir".
Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayətində İranın rolunun olması barədə iddialara gəlincə, amerikalı diplomat deyir ki, bu versiya təsdiqini taparsa, gərginlik artacaq: "İranın bu qəsdin arxasında olub-olmamasını deyə bilmərəm. Lakin bu təsdiqlənərsə, gərginlik dramatik şəkildə artacaq və son dərəcə ciddi təxribatlar olacaq".
"İran təhlükəsinə qarşı ABŞ Azərbaycan üçün nə edə bilər" sualına Brayza belə cavab verib: "ABŞ hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni, ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti istəyərsə, İran təhlülkəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər".
Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası 115 milyard dollarlıq �
Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formulu yeganə sülh planıdır,
"Ukraynadakı müharibə 2027-ci ilə qədər davam edə bilər".
Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağı
ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə fırıldaqçılığı iddiala
Böyük Britaniyada ilk dəfə olaraq üç xarici istehsalçının ağır yerüs
Martın 31-də axşam saatlarında Tiflisdə ikinci dəfə həyəcanlı anlar ya
Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha