İli 2013cü ildən aşağı olan avtomobillərin qiyməti artacaq VİDEO
Digərləri 31 Mar 2023 18:00:00 276 0
Aprelin 29-dan sonra ölkəyə istehsal ili 2013-dən aşağı olan maşınların gətirilməsinə icazə verilməyəcək.
Bu xəbəri də oxu: Tiktokerin evindən 210 min manat oğurlandı
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov dünən bununla bağlı qərar qəbul edib.
Məqsəd insanların həyat və sağlamlığının, avtomobillərdən havaya atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycana əsasən Koreya və Amerika bazarlarından ikinci əl avtomobillər gətirilir. Bu da məsafədən asılı olaraq 3-5 ay müddətinə çatdırılır.
Bəs qərar verilən günə qədər xaricdən sifariş edilən avtomobillərin aqibəti necə olacaq?
Nazirlə Kabineti məsələyə aydınlıq gətirib və yaranmış narahatlığa son qoyub. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, 29 marta qədər (29 mart da daxil olmaqla) ödənişi edilmiş avtomobillərin gətirilməsinə icazə veriləcək. Beləliklə, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərini gömrük orqanlarına təqdim etməklə xaricdən gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində heç bir problem olmayacaq.
Nəqliyyat sahəsiz üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yeni qərarla köhnə avtomobillərin, yəni istehsal ili 2013-dən aşağı olan maşınların qiymətində artım müşahidə ediləcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. İstehsal tarixi 2 ilə qədər olan minik avtomobilləri avtomobil parkının 2%, 2 ildən 5 ilə qədər olanlar 3%, 5 ildən 10 ilə qədər olanlar 11,9%-ni təşkil edir. Yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qond
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunan v�
Meyxanaçı Orxan Lökbatanlı "13 sual" yutub layihəsinin qonağı o
"Walt Disney" şirkəti xərclərin azaldılması kampaniyası çərç
Moskvada balaca qız maqnit konstruktordan 12 kürə udub. Maqnit kürələr bir
Prezident Emmanuel Makron hökuməti miqrantları buraxmır, lakin terrorçular�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yolux
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artist
Tanınmış aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenə milyonluq av