"Fransa hakimiyyəti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir"
Dünya 31 Mar 2023 16:48:00 290 0
Prezident Emmanuel Makron hökuməti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir.
Bu xəbəri də oxu: Quterreş Azərbaycana başsağlığı verdi
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini Matteo Salvini "Qırmızı briqadalar" terrorçu qruplaşmasının on keçmiş üzvü ilə bağlı Fransa Kassasiya Məhkəməsinin qərarından sonra deyib.
Çərşənbə axşamı Fransa Kassasiya Məhkəməsi Fransada sığınacaq tapmış "Qırmızı briqadalar" terrorçu qruplaşmasının on keçmiş üzvünü ekstradisiya etməkdən imtina edib, hərçənd, İtaliya məhkəmələri onları qanlı cinayətlərinə görə müxtəlif dərəcəli cəzalara, o cümlədən, ömürlük həbsə məhkum etmişdi.
XX əsrin 70-ci illərində yaradılmış olduqca solçu terrorçu qruplaşma çoxsaylı qətllərə və insan oğurluğuna görə cavabdehlik daşıyır.
"Bu, biabırçılıqdır. Onlar Ventimilya ilə sərhəddə uşaqları qəbul etməkdən imtina edir, bununla belə İtaliyada həbsdə olmalı terrorçuları vermirlər", - İtaliya baş nazirinin müavini deyib.
Salvininin qeyd etdiyi kimi, Fransa polisi çox vaxt Fransadakı qohumlarının yanına getmək üçün meşə vasitəsilə və ya qatarla İtaliya sərhədini keçməyə çalışan qanunsuz miqrantları sistematik olaraq geri qaytarır.
Lakin Fransa məhkəməsi qərarını əsaslandıraraq terrorçu qruplaşmanın keçmiş üzvləri ilə bağlı "şəxsi və ailə həyatı hüququnu, həmçinin, ədalətli məhkəmə təhqiqatı hüququnu dəstəklədiyini" bildirib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yolux
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artist
Tanınmış aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenə milyonluq av
İran Azərbaycana qarşı təxribatlarını dayandırmaq, səfirliyimizə edil�
Avstriyanın "Zaltsburq" klubunun fanatları maraqlı addımla gündə
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail D�
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə
İstisnasız olaraq bütün qonşu dövlətlərə qarşı özünü meqagüc, heg
3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi v
Xəzər TV-nin canlı efirində maraqlı anlar yaşanıb.
30 Mart 2023-cü il tarixində, IFRC dəstəyi ilə - Azərbaycan Qızıl Aypara
Daxili Qoşunların hərbçisi vəfat edib.
"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmlək�
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir barel