Azərbaycanlı məşhur aktyor teatrda dava edib
Şou-biznes 31 Mar 2023 15:31:00 295 0
"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmləkətin mayakıdır. Böyük məmnuniyyətlə teatra qayıdacağam... Mütləq qayıdacağam".
Bu xəbəri də oxu: Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər FOTO
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor, rejissor Hikmət Rəhimov "Belə-belə işlər"ə açıqlamasında deyib. Teatrdan getməsindən danışan Rəhimov qayıtmaq arzusunda olduğunu söyləyib:
"Bir teatrda 1 yox, ən az 3 rejissor olmalıdır. Birini güclə tapırlar. Bir rejissor 4-5 aktyorla işləyir. Bəs o birilər? Axı onların yaşı gedir. Teatrda aktyorun işi olmayanda, o mütləq şəkildə oturub kiminsə arxasınca danışmalıdır, paxıllığını etməlidir. İşləməlidir ki, başı işə qarışsın. Dünyanın hər yerində var: teatrda kimsə kimsəni həzm edə bilmir. Dəqiq bilirəm ki, o, adamın məni görməyə gözü yox idi. Özü demişdi ki, komandamızda yoxsan. Normal haldır, hansısa rejissorun komandasında yoxamsa, bu o demək deyil ki, o bilmir nə edir və paxıllıqdan edir. Amma burada məsələ bu idi ki, dərdi başqadır. Özüm təklif etdim ki, yaxşı, komandanızda yoxam, mənə rol verməyin. Qanunda var ki, 1 il akademik məzuniyyət götürə bilərəm. 1 il gəlməyim, gözünüzə görsənməyim. Kloun gedə bilmirəm, tamada ola bilmirəm. Buradakı quru maaşa ehtiyacım var. Fuad Poladovla danışdıq, qayıtdı ki, səni çıxartsalar, mən də gedəcəyəm. Sonra dava oldu və məni statiya ilə çıxarmaq istədilər. Dedim lazım deyil, ərizəmi yazdım. Fuad Poladovun bir sözünü yazdım: "Mən belə yaradıcı mühitdə işləmək istəmirəm". Ora (Akademik Milli Dram Teatrı - red.) ilə vidalaşdıq".
H.Rəhimov teatrları tənqid edib:
"Tallində Fuad Poladovun xatirəsinə tamaşa oynamağa getmişdim. "Köhnə telefon" tamaşasını Eston Dram Teatrında oynadıq. Banketdə teatrın rəhbəri dedi ki, teatrımın bir dekorasiyasının qiyməti 80 min avrodur. Dedi, teatrımda 2-3 sənin kimi aktyor var, gəl. Dedim, ona deyin ki, yaşadığım məmləkətdə heç bir teatra lazım deyiləm, verdiyi dəyərə görə çox sağ olsun. Təsəvvür edirsiniz ki, burada bir teatrın qapısını döyüb deyə bilmirdim belə bir tamaşam var heç olmasa icazə verin burada nümayiş etdirim. Adamalar var ki, 30 ildir direktordur. Onun Azərbaycan teatrına marağı ola bilməz.
Bu peşədə pul yoxdur. İşsizlik, ən ağrılısı isə çörək almağa pul yoxdur. Vəziyyət budur. Yaşamışam. Kamal Xudaverdiyev demişdi: Mən bu peşəyə gələndə bilirdim ki, burada pul yoxdur".
Qeyd edək ki, H.Rəhimov 2016-cı ildə Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılıb.
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir barel
Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan paylaşımı il�
Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü i
Rusiya Moldova ərazisində 50 min nəfərlik hərbi dəstə yaratmağa qadirdir
"Bu gün, qardaş Türkiyədə prezident seçkiləri gedən bir ərəfədə
Türkiyənin "Bayraktar Kızılelma" dronu 20 min fut yüksəkliyə qa
Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Ş
Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəb�
Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş
Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bir s
Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövl�
Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin gör�