"Şəfiqə Məmmədova hamıya “xox gəlir”: Xalq artisti əsəbləşdi
Şou-biznes 31 Mar 2023 16:37:00 297 0
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova barədə yenidən narazılıq var.
Bu xəbəri də oxu: "Təyyarədə dostumun oğlu da olub" VİDEO
Bir müddət öncə ittifaqın bir qrup üzvünün kütləvi istefa verməsi barədə xəbər yayıldı. Buna səbəb olaraq istefa verənlər Şəfiqə Məmmədovanın qurultay keçirmədən özünü yenidən sədr elan etməsinə etiraz etmişdi. İttifaqdan isə bildirilmişdi ki, tezliklə kinematoqrafçıların qurultayı keçiriləcək. Hadisələrin üstündən 4 ay keçsə də, hələlik heç bir yenilik yoxdur. Bəs qurultay nə zamana qaldı?
Milli. Az xəbər verir ki, lent.az-ın bu sualını cavablandıran ittifaqın keçmiş üzvü, kinorejissor, Prezident təqaüdçüsü, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, Şəfiqə Məmmədova yalandan vəd versə də, heç bir qurultay təşkil etməyib.
"Bizim haqqımızda dedilər ki, guya istefa vermişik. Bu istefa deyildi, Şəfiqə Məmmədovanın saxta sədrliyinə etiraz idi. 7 ildir qurultay keçirilmir, bu qadın niyə ittifaqın nizamnaməsini çıxarıb jurnalistlərə göstərmir? Ora onun şəxsi mülkidir, sexidir, nəyidir? Hamıya xox gəlir, deyir, arxamda güclü adamlarım var, sizi süründürərəm. Ədliyyə Nazirliyinə müraciət elədim, dedim, o özünü saxta bir iclasla sədr təyin edib. Mənə deyirlər, "xəbərimiz yoxdur".
Neçə aydır mətbuat bu barədə yazır, siz hara baxırsınız, xəbəriniz yoxdursa orda niyə oturmusunuz?",- deyə o bildirib
"Bu dövlətin qanunlarını məmurlar pozur, onu adi kağız parçası hesab edirlərsə daha mən nə deyim? Mən ittifaqın 300 nəfər üzvü adından əlaqədar qurumlardan tələb edirəm, bu məsələ ilə məşğul olsunlar. Dövlət belə bir qurumu yaradıb, Şəfiqə Məmmədova kimi karyerası 30 il öncə bitmiş, kinoyla əlaqəsi olmayan bir qadın kreslonu əlinə keçirib, əl çəkmir. Hamı da göz yumur",- deyə Xalq artisti etirazını bildirib.
Tanınmış aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenə milyonluq av
İran Azərbaycana qarşı təxribatlarını dayandırmaq, səfirliyimizə edil�
Avstriyanın "Zaltsburq" klubunun fanatları maraqlı addımla gündə
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail D�
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə
İstisnasız olaraq bütün qonşu dövlətlərə qarşı özünü meqagüc, heg
3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi v
Xəzər TV-nin canlı efirində maraqlı anlar yaşanıb.
30 Mart 2023-cü il tarixində, IFRC dəstəyi ilə - Azərbaycan Qızıl Aypara
Daxili Qoşunların hərbçisi vəfat edib.
"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmlək�
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir barel
Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan paylaşımı il�