44 gündən əvvəlki 4 gün:


Siyasət 30 Mar 2023 14:42:00 239 0

44 gündən əvvəlki 4 gün:

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. Bu parlaq qələbə bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirdi. Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Əks-həmlə əməliyyatının məqsədi

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. 

Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gətirən döyüşlər

Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans bu ölkənin siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən "separatçı cəlladların" könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və sair faktlar buna əyani sübutdur.

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir"

Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Həqiqətən də dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün əhəmiyyətini açıq şəkildə ifadə edir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir". Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Qürurverici hal ondan ibarətdir ki, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur. Bu gün hər bir azərbaycanlı yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.

Kamran Seyidov Son.az

Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir like
  • 30 Mar 14:36  
Digərləri Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir

Rusiyanın Qazprombankı Azərbaycan Mərkəzi Bankının mayın 3-də keçiril�

arrow Ətraflı
Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır like
  • 30 Mar 14:26  
Siyasət Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır

Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı

arrow Ətraflı
Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki...” like
  • 30 Mar 14:25  
Şou-biznes Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki...”

"Vüsal (müğənni Vüsal Hacıyev - red.) səmimidir... O, ailəsini sev�

arrow Ətraflı
Rusiya qalib olsa, biz buna dözə bilmərik like
  • 30 Mar 14:14  
Digərləri Rusiya qalib olsa, biz buna dözə bilmərik

Biz ukraynalıların potensialını dəstəkləməyə davam etməliyik ki, onlar

arrow Ətraflı
Rəsmi Bakı Paşinyana cavab verdi: "Qəbuledilməzdir!" like
  • 30 Mar 14:09  
Siyasət Rəsmi Bakı Paşinyana cavab verdi: "Qəbuledilməzdir!"

Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növb�

arrow Ətraflı
Xaricdən avtomobil sifariş edənlərin like
  • 30 Mar 14:07  
Digərləri Xaricdən avtomobil sifariş edənlərin

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbayca

arrow Ətraflı
Paşinyan Şarl Mişellə telefonla danışıb like
  • 30 Mar 13:54  
Siyasət Paşinyan Şarl Mişellə telefonla danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Preziden

arrow Ətraflı
"Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar" like
  • 30 Mar 13:52  
Digərləri "Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar"

Son.az xəbər verir ki, Axar.az türkiyəli yazar Həsən Barının məqaləsi

arrow Ətraflı
İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq like
  • 30 Mar 13:46  
Digərləri İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə ba�

arrow Ətraflı
“Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək like
  • 30 Mar 13:45  
Kriminal “Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək

Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti

arrow Ətraflı
Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb” like
  • 30 Mar 13:41  
Şou-biznes Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”

Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki,

arrow Ətraflı
Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi like
  • 30 Mar 13:30  
Dünya Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən z�

arrow Ətraflı
Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR like
  • 30 Mar 13:14  
Siyasət Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR

Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə d�

arrow Ətraflı