Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”


Şou-biznes 30 Mar 2023 13:41:00 182 0

Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”

Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki, sənətçinin yaxın qohumu, musiqiçi, qarmon ifaçısı Yadigar Tofiqoğlu dünyasını dəyişib.

Son.az xəbər verir ki, moderator.az-a açıqlama verən Sevinc xanım itkidən bərk sarsıldığını bildirib.

"Yadigar haqda o qədər planlarım var idi ki. 3-5 il idi ki, sənətdə idi. Bu o qədər də böyük illər deyil. Yaşadığı Ağcabədinin Ağabəyli kəndində qəzaya düşdü. Onun itkisi bütün nəslimiz üçün böyük dərd oldu. Özünün də heç taleyi əvvəldən gətirməmişdi. Atasını vaxtsız itirmişdi. Uzun müddət öz doğma qardaşından ayrı idi, indi-indi birləşmişdilər, qəza baş verdi. Fələk onları ayrı saldı. Musiqi barədə o qədər fikirləri var idi ki. Deyirdi ki, "gəlib konservatoriyaya sənəd verib, bu sənətin təhsilini alacağam". Xalq artisti Ənvər Sadıqovdan sənətin sirlərini öyrənmək istəyirdi. Deyirdi ki, "toyda qeyri professional musiqiləri ifa edəndə özüm-özümü bağışlaya bilmirəm". Mən də deyirdim ki, hələ ki, pul qazanmaq üçün bunları ifa etməlisən. Onunla son illərdə bir neçə toya düşmüşdüm. Dəfnində görərdiniz ki, nə qədər insanlar yığışıb gəlib, necə böyük izdiham var idi! Öz-özümə deyirdim ki, kaş şəhid olardı. Bütün şəhidlərin ruhları qarşısında baş əyirəm. Gecə toydan gələndə ağır qəzaya düşüb. İti vurmamaq üçün, maşını yolun kənarına çəkib, gedib ağaca dəyib. Mənim üçün çox ağır dərddir. Sənətə gələndə də, mənimlə məsləhət edib gəlmişdi. İmtahana da mənim evimdən getmişdi. Qardaşım oğlu kimi onu çox istəyirdim. O da hamıya fəxrlə deyirdi ki, Sevinc xanım mənim doğmamdır", - deyə sənətkar bildirib.

Sənətçi bildirib ki, hələ də şokdan ayılmayıb.

"Yadigarın dünyasını dəyişdiyi gün baldızım oğlu da, Oqtay Əliyev də qəzada dünyasını dəyişdi. 3 itkini ard-arda yaşadım. Hələ də şokdayam. Bu itkilərin acısını, ağrısını yaşamaq alnıma yazıldı. Mən bu vəziyyətdəyəmsə, gör indi onların valideynləri nə gündədir?! Neçə vaxtdır heç bir verilişə getmirəm, çağırılan dəvətləri geri çevirirəm. Hələ ki, özümdə güc tapa bilməmişəm ki, gedim efirdə qonaq olum. O halda deyiləm. Təbii ki, həyat davam edir. Yaşamaq üçün nəsə etməlisən. Ölənlə ölmək olmur. Çalışıram ki, yadımdan çıxarım. Allah heç bir ananı balası ilə imtahana çəkməsin", - deyə sənətçi bildirib.

Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi like
  • 30 Mar 13:30  
Dünya Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən z�

arrow Ətraflı
Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR like
  • 30 Mar 13:14  
Siyasət Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR

Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə d�

arrow Ətraflı
Qərb Nikolu dəstəkləyir, ancaq Bakı... like
  • 30 Mar 13:08  
Digərləri Qərb Nikolu dəstəkləyir, ancaq Bakı...

Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləm�

arrow Ətraflı
İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ like
  • 30 Mar 13:00  
Şou-biznes İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu re

arrow Ətraflı
Azərbaycanlı müğənni İstanbuldaki lüks mənzilini NÜMAYİŞ ETDİ like
  • 30 Mar 12:57  
Şou-biznes Azərbaycanlı müğənni İstanbuldaki lüks mənzilini NÜMAYİŞ ETDİ

Opera və vokal ifaçısı Lətifə Soyuöz İstanbuldaki iki mərtəbəli lüks

arrow Ətraflı
Keçmiş nazir müavininə yeni vəzifə verildi like
  • 30 Mar 12:50  
Digərləri Keçmiş nazir müavininə yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə

arrow Ətraflı
Putin Türkiyəyə buna görə gedir like
  • 30 Mar 12:46  
Digərləri Putin Türkiyəyə buna görə gedir

Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Bu barədə Ərdoğan açıq

arrow Ətraflı
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli filmin təqdimatı keçirilib like
  • 30 Mar 12:40  
Kriminal Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar

arrow Ətraflı
Yolhərəkət qaydalarını pozan Aysunun nə qədər CƏRİMƏSİ VAR? like
  • 30 Mar 12:35  
Şou-biznes Yolhərəkət qaydalarını pozan Aysunun nə qədər CƏRİMƏSİ VAR?

Son.az bizim media-ya istinadən xəbər verir ki, müğənni Aysun İsmayılov

arrow Ətraflı
ABŞ Türkiyədəki seçkidən "narahatdır" like
  • 30 Mar 12:24  
Digərləri ABŞ Türkiyədəki seçkidən "narahatdır"

ABŞ Türkiyə də daxil olmaqla, Rusiya ətrafındakı dövlətləri zəiflətm

arrow Ətraflı
Zeynəb Xanlarovanın yeni like
  • 30 Mar 12:01  
Şou-biznes Zeynəb Xanlarovanın yeni

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. 

arrow Ətraflı
19881992ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb like
  • 30 Mar 11:50  
Siyasət 19881992ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb

1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam

arrow Ətraflı