Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır
Siyasət 30 Mar 2023 14:26:00 243 0
Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.
Bu xəbəri də oxu: “Minsk Qrupu ləğv edilməlidir”
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 30 mart 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı şərhində deyib.
O bildirib ki, Ermənistan baş nazirinin Azərbaycanın etnik təmizləmə və "soyqırım" aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir.
Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması istiqamətində beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətindən xəbər verir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.
Son.az
"Vüsal (müğənni Vüsal Hacıyev - red.) səmimidir... O, ailəsini sev�
Biz ukraynalıların potensialını dəstəkləməyə davam etməliyik ki, onlar
Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növb�
Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbayca
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payt
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Preziden
Son.az xəbər verir ki, Axar.az türkiyəli yazar Həsən Barının məqaləsi
Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə ba�
Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti
Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki,
Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən z�
"Bilirsiniz ki, illərdir parkinson xəstəliyindən əziyyət çəkirəm.
Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə d�
Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləm�
Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu re