“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi


Siyasət 30 Mar 2023 15:15:00 269 0

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi

Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə qərara alınır:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.

2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilsin.

3. Müəyyən edilsin ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. beş ay müddətində:

4.1.1. Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bir ay müddətində:

4.2.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

4.2.2. bu Fərmanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirsinlər.

ABŞ F35lərinin yarısı yararsızdır like
  • 30 Mar 15:09  
Dünya ABŞ F35lərinin yarısı yararsızdır

ABŞ-ın Hərbi Hava Qüvvələri hazırda 540-dan çox F-35 qırıcısına mali

arrow Ətraflı
Azərbaycanda dollar qıtlığı yarana bilərmi? like
  • 30 Mar 14:58  
Digərləri Azərbaycanda dollar qıtlığı yarana bilərmi?

Son vaxtlar ölkəmizdə dollar tələb artıb. Artım Mərkəzi Bankın təşk

arrow Ətraflı
Bərdədə güclü külək dağıntılar yaradıb like
  • 30 Mar 14:47  
Digərləri Bərdədə güclü külək dağıntılar yaradıb

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.

arrow Ətraflı
44 gündən əvvəlki 4 gün: like
  • 30 Mar 14:42  
Siyasət 44 gündən əvvəlki 4 gün:

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döy�

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir like
  • 30 Mar 14:36  
Digərləri Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini yenidən artıracağı gözlənilir

Rusiyanın Qazprombankı Azərbaycan Mərkəzi Bankının mayın 3-də keçiril�

arrow Ətraflı
Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır like
  • 30 Mar 14:26  
Siyasət Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır

Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı

arrow Ətraflı
Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki...” like
  • 30 Mar 14:25  
Şou-biznes Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki...”

"Vüsal (müğənni Vüsal Hacıyev - red.) səmimidir... O, ailəsini sev�

arrow Ətraflı
Rusiya qalib olsa, biz buna dözə bilmərik like
  • 30 Mar 14:14  
Digərləri Rusiya qalib olsa, biz buna dözə bilmərik

Biz ukraynalıların potensialını dəstəkləməyə davam etməliyik ki, onlar

arrow Ətraflı
Rəsmi Bakı Paşinyana cavab verdi: "Qəbuledilməzdir!" like
  • 30 Mar 14:09  
Siyasət Rəsmi Bakı Paşinyana cavab verdi: "Qəbuledilməzdir!"

Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növb�

arrow Ətraflı
Xaricdən avtomobil sifariş edənlərin like
  • 30 Mar 14:07  
Digərləri Xaricdən avtomobil sifariş edənlərin

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbayca

arrow Ətraflı
Paşinyan Şarl Mişellə telefonla danışıb like
  • 30 Mar 13:54  
Siyasət Paşinyan Şarl Mişellə telefonla danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Preziden

arrow Ətraflı
"Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar" like
  • 30 Mar 13:52  
Digərləri "Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar"

Son.az xəbər verir ki, Axar.az türkiyəli yazar Həsən Barının məqaləsi

arrow Ətraflı
İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq like
  • 30 Mar 13:46  
Digərləri İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə ba�

arrow Ətraflı
“Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək like
  • 30 Mar 13:45  
Kriminal “Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək

Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti

arrow Ətraflı