Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." Təfərrüat
Kriminal 28 Mar 2023 16:44:00 359 0
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı
Son.az teleqraf-a istinadla bildirir ki, Taleh Bağırov Masazır qəsəbəsində "Bağçalı Evlər" yaşayış kompleksində 2005-ci il təvəllüdlü Südabə Əhmədovaya (ad və soyad şərtidir - red.) qarşı əxlaqsız hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Taleh Bağırovun barəsində Cinayət Məcəlləsiin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.
"İşıqları düzəltməyimi xahiş etdi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Bağırov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, heç bir yerdə daimi işləməyib, tikintidə fəhləlilik edib: "2019-cu ilin yanvarından dekabr ayına kimi Masazır qəsəbəsində yerləşən Qurtuluş-93 yaşayış kompleksində yeni binalarda fəhlə kimi işləmişəm.
Təxminən noyabr ayının əvvəllərində axşam saatlarında işdən çıxaraq evə gedərkən əvvəllər tanımadığım, sonradan adının Südabə olduğunu bildiyim şəxs mənə küçədə yaxınlaşdı, zəng vurmaq üçün telefon lazım olduğunu bildirdi.
İstifadəmdə olan mobil telefonu həmin şəxsə verdim. Südabə mənim telefonumla kiməsə zəng vurdu, təxminən 2-3 dəqiqə danışdı. Südabənin telefonla danışıb qurtardıqdan sonra mənə anasının hazırda xəstəxanada olduğunu, evdə tək qaldığını və evlərinin işıqlarının yanmadığını bildirdi. Məndən işıqları düzəltməyimi xahiş etdi".
"Eyvandan küçəyə tullandım"
Taleh Bağırovun sözlərinə görə, Südabə ilə birlikdə Bağçalı yaşayış kompleksində üç mərtəbəli binanın birinci mərtəbəsində yerləşən evə gedib: "Südabə mənzilin giriş qapısını açarla açdı, içəriyə daxil oldu. Mətbəxə gedərək oradan şam yandırdı, dəhlizə tərəf gətirdi. Mən isə işıqları düzəltmək istədim, amma düzəldə bilmədim. Təxminən beş dəqiqə sonra evin qapısı döyüldü.
Qapını açmaq istəyərkən Südabə qapını döyən şəxsin anasının olduğunu gördü, məndən gizlənməyimi tələb etdi. Bu sözlərdən sonra qorxdum və hadisənin qurama olduğunu başa düşdüm. Evdən çıxmağa yer axtardım. Evin qapısı açıldı, kiminsə içəriyə girdiyini hiss etdim.
Sonra qorxumdan evin eyvanında olan plastik pəncərədən küçəyə tullandım, qaçaraq getdim".
"Məni şərləməməyi xahiş etdim"
Taleh Bağırovun ifadəsinə görə, təxminən 5-6 gün keçdikdən sonra onun istifadəsində olan mobil telefona yadında qalmayan nömrədən zəng gəlib: "Zəng edən özünü Südabənin anası kimi təqdim etdi. Qadın evdə olmadığı vaxt Südabənin yaşadığı evə zorla keçərək, azyaşlı qızı ilə cinsi əlaqədə olduğumu bildirdi, polisə şikayət etməməyim müqabilində məndən pul istədi.
Südabənin anasına qızını əvvəllər tanımadığımı, Südabə ilə heç bir münasibətim olmadığını, heç vaxt Südabəyə qarşı seksual hərəkətlər etmədiyimi, cinsi əlaqədə olmadığımı bildirdim. Südabənin anasından məni şərləməməyi xahiş etdim".
Taleh Bağırov bildirib ki, özünü Südabənin anası kimi təqdim edən şəxs onun ünvanına söyüşlər söyüb, tutduracağını bildirib: "Bundan sonra Südabənin ailəsi ilə maraqlandım. Südabə və anasının bir neçə dəfə adlarını bilmədiyim şəxsləri şərlədikləri, tutdurduqları məlum oldu. Hətta bir nəfər onların əlindən Rusiyaya qaçaraq gedib. Mənə zərərçəkmiş şəxs tərəfindən şər-böhtan atılıb".
"Anamın təhriki ilə ifadə vermişəm"
Cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində ifadə verən Südabə Əhmədova bildirib ki, Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir:
"Təqsirləndirilən şəxslə heç bir yaxınlığım olmayıb. Anamın təhriki ilə polis idarəsində ona qarşı şikayət edib, izahat vermişəm. Həmin hadisədən sonra mənə mənəvi cəhətdən dayaq duran İlqarın evində yaşayıram.
O, avtobus sürücüsüdür, hər problemimlə məşğul olur. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim yoxdur".
"İnandım, tanış olduq..."
Məhkəmədə Südabə Əhmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi araşdırlıb. O, həmin ifadəsində göstərib ki, təxminən bir il öncə oxuduğu məktəbdən evə gələrkən və dayanacaqda sinif yoldaşları ilə söhbət edərkən adını bilmədiyi 20-25 yaşlı bir kişi ona yaxınlaşıb: "Həmin kişi mənimlə tanış və dost olmaq istədiyini bildirdi. Ona etiraz etdim, tanımadığım adamla tanış olmadığımı bildirdim, yaşadığım evə getdim.
Həmin şəxs 2-3 dəfə dalımca düşdü, israrla mənimlə tanış olmaq istədiyini bildirdi. Mən də ona inandım, tanış olduq. Adının Taleh olduğunu dedi. Mən də ona yalandan adımın Sara olduğunu bildirdim".
"Dedi, evdə söhbət edək"
Südabə Əhmədova qeyd edib ki, Taleh bir neçə dəfə onu məktəbdən evə, evdən məktəbə avtobusla ötürüb, yol boyu söhbət ediblər: "Söhbət vaxtı Taleh məndən yaşımı soruşanda, ona yaşımı demədim, lakin 8-ci sinifdə oxuduğumu bildirdim. Həmin gündən Taleh arxamca düşdü, yaşadığım evin ünvanını öyrəndi.
Bir dəfə Taleh mənim arxamca düşəndə ona evdə oturaraq dost kimi söhbət etməyi xahiş etdi. Birinci dəfə evə gələndə onunla oturaraq söhbət etdik. Subay olduğunu, Bakı şəhərində qaldığını bildirdi. Məndən xoşu gəldiyini dedi və mənə qarşı heç bir hərəkətlər etmədi".
"Köynəyini əynindən çıxardı, tərifləməyə başladı"
Südabə Əhmədovanın ifadəsinə görə, təxminən bir həftə sonra Taleh yenidən onun arxasına düşüb:
"Bizə gələcəyini, ona görə də qapını açıq saxlamağımı bildirdi. Səhər saatlarında yaşadığım evə gəldi, mənimlə bir az söhbət etdi. Amma mənə qarşı heç bir hərəkət etmədi.
Təxminən bir həftə sonra Taleh yenidən eyni qaydada yaşadığım evə gəldi, mənimlə söhbət etdi. Evin hər tərəfini gözdən keçirdi, sonra köynəyini əynindən çıxardı, məni tərifləməyə başladı. Mənə yaxınlaşaraq yataq otağında boynumdan və sinəmdən öpdü, əynimi soyunmağımı istədi. Əynimi soyunmadım, Taleh geyinərək getdi".
"Gəl, sənə 20 manat verim, cinsi əlaqədə olaq"
Kafeyə basqın olub, sahibi və azyaşlı övladı döyülüb.
Erməni hər yerdə ermənidir. Onun üçün zaman məfhumu da elə bir önəmli
"Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Bu oyuna qal
Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş
Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə aparılan pensiya islahat
ABŞ-da heyrətamiz qəza baş verib. Hərəkətdə olan avtomobilin təkəri di
"Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mül
İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implan
Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanl
Mövcud siyasi sistemin təkmilləşdirilməsi günün tələbi idi və iki il �
Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı, ayıq-sayıqlığ�
Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin
Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsinin tətbiq
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada y
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yol