Erməniləri Bakıya kim buraxmır? Xankəndidə saxlanılan "əsirlər"in


Siyasət 28 Mar 2023 16:30:00 270 0

Erməniləri Bakıya kim buraxmır?  Xankəndidə saxlanılan "əsirlər"in

Erməni hər yerdə ermənidir. Onun üçün zaman məfhumu da elə bir önəmli rol oynamır. Məsələ Prezident Administrasiyası Qarabağdakı ermənilərin nümayəndələrini görüş üçün yenidən Bakıya təşrif buyurmalarından gedir. 

Bəli, Xankəndidəki separatçı rejim Bakıda Azərbaycan nümayəndələri ilə görüş təklifini ikinci dəfə də qəbul etmədi. Separatçılar Bakı ilə əvvəlki kimi Xocalıda, Rusiya sülhməramlıları vasitəsilə görüş keçirməyə hazır olduqlarını bildiriblər. 

Amma deyiləcək sözümüz, toxunulacaq məqamlarımız bir xeylidir...

Bəli, rəsmi Bakı Qarabağdakı ermənilərin nümayəndələrini görüş üçün yenidən Bakıya dəvət etdi. Gündəm isə etnik ermənilərin Azərbaycana reinteqrasiyası məsələsini sürətləndirmək, birgəyaşayış istiqamətində önəmli addım atmaqdır.

Qarabağın erməni ictimaiyyət nümayəndələri ilə rəsmi şəkildə hələlik ilk və sonuncu görüşün martın 1-də Xocalı şəhərində keçirildiyini nəzərə alsaq, bundan sonra - martın 13-də onlara Bakıda görüş təklifi təqdim edilsə də həmin vaxt da separatçıların təzyiqləri ilə bu görüşdən imtina edilmişdi.

Lakin, burada bir məqamı xüsusilə qeyd etmək yerinə düşər: Prezident Administrasiyası Qarabağ ermənilərinə ilk təklifdən fərqli olaraq bu təklifi daha ümidli şəkildə etdi. Çünki bundan iki gün qabaq Qarabağda Sarıbaba yüksəkliyi əməliyyatı Ordumuz tərəfindən çox uğurla icra edildi. 

Azərbaycan əsgərininŞuşaya daxil olmadan keçən torpaq yolunu nəzarətə götürməsi nəticədə Ermənistanla Qarabağ arasında kommunikasiyanın bütünlüklə Ordumuzun nəzarətinə keçməsi mənasın verdi.

Bakının bu qərarı olduqca məntiqli hesab edilə bilər. Çünki separatçıların Ermənistana çıxış yollarının bağlanması və nəarət altında olması onlar ətrafında çəmbəri bir xeyli daraldır.

Amma Azərbaycan ermənilərdən fərqli olaraq Qarabağın etnik sakinlərinə çox əla təkliflə çıxış etdi. Bakı onlar üçün nəfəslik funksiyası daşıyan alternativ gizli yolların da Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilərə bir çıxış yolu təklif etmiş oldu. Daha təhlükəsiz, daha etibarlı yol...

Azərbaycan Qarabağın erməni nümayəndələrini Bakıda reinteqrasiya məsələlərini müzakirə etməyə dəvət etməklə növbəti dəfə qarşı tərəfə qonşuluq şəraitində mehriban birgəyaşayış üçün əl uzatdı.

Məhz Bakının ilk görüş təklifi ilə ikinci təklif arasında əsas fərq də son əməliyyat nəticəsində ermənilərin təklifdən imtina etmək imkanlarının daralması, manevr imkanlarının bir xeyli azalmasıdır. 

Erməniləri Bakıya kim buraxmır?

⚫️ Qondarma rejim qalıqlarının beyninə sürətli şəkildə yeridilir ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamını daşıyacaq. Təbii ki, bu məsələdə baş məsləhətçi obrazında Moskva dayanır.

⚫️ Separatçılara əsas təlimatların gəldiyi Moskva da rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmaslarından ən çox narahatlıq duyan tərəfdir. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundakı qanunsuz silah-sursat, mina daşınmasına birbaşa sülhməramlı kontingentinin rəhbərlik etdiyini nəzərə alsaq, Rusiyanın Qarabağda qeyri-sabit vəziyyətin hökm sürməsində maraqlı olduğu heç kimə sirr deyil. Belə bir tərəf müəyyənləşdirən Moskva üçün Bakı ilə Qarabağ erməniləri arasında görüşlərin intensiv hal alması və hayların Azərbaycanla razılaşması Rusiyanı çox narahat edir. 

Elə bu səbəbdən də birinci görüşdən imtina səbəbində göstərildiyi kimi, ikinci görüşdən də Qarabağ erməniləri yalnız Rusiya sülhməramlıları vasitəsilə görüşə keçirməyə hazır olduqlarını qeyd ediblər. 

Lakin Rusiyanın bu oyunu separatçıların vəziyyətini hər ötən gün daha da çətinləşdirəcək. Çünki separatçıların Qarabağ ermənilərinə təzyiqləri və Moskvanın təlimatlarının  bölgədə manipulyasiyaları artırması Azərbaycanı sövq edir ki, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında antiterror əməliyyatlarına start versin. 

Çox güman ki, Sarıbaba əməliyyatı Azərbaycan ordusunun son həmləsi olmayacaq. Növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. İndiki vəziyyətdən, durumlarından şikayətçi olan Qarabağ erməniləri artıq tədricən anlamağa başlamalıdırlar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən əsas çıxış yoludur. 

Bu məsələdə rəsmi İrəvan da əsas məsuliyyətli tərəfdir. Çünki Nikol Paşinyanın son bəyanatları, Ermənistandan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı yeni qığılcımların alovlanması deməyə əsas verir ki, rəsmi İrəvan bu gün havadarlarının tapşırıqları, sifarişləri əsasında yalnız öz gələcəyini yox, eyni zamanda regional təhlükəsziliyi təhdid altına almaqda davam edir. Budur ki, Ermənistan rəhbərliyi bir məqamı xüsusilə diqqətdə saxlamalıdır: Qərbə yol alıb yüz illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşdığı üçün Kreml Ermənistanı əvvəl-axır cəza stulunda oturdacaq.

Yəni, Rusiya Qarabağda ermənilərə yeni təxribatlara, revanş hissinə rəvac verəcək addımlar atırsa, bu, Ermənistanı çox sevdiyindən yox, öncə öz maraqlarını həyata keçirmək məqsədi daşıyır. Buna nail olacağı təqdirdə isə növbəti hədəf Ermənistana tərs sillə vurmaqdır. Bunu necə, hansı şəkildə, ən doğrusun Moskva bilir. Rusiya indi sadəcə yüz illərdir əlində saxladığı erməni kartını yerə qoymaq istəmir. 

Yaxşı olar ki, istər Ermənistan dövləti, istərsə də Qarabağ erməniləri ictimaiyyət səlahiyyət nümayəndələri Azərbaycanın sülh, barışıq əlini geri çevirməsinlər. Çünki Azərbaycan tərəfi öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışmaqla növbəti dəfə bütün dünyaya Azərbaycanın əsl məqsəd-məramını açıq şəkildə nümayiş etdirir. 

Lakin rəsmi İrəvan öz keçmiş ritorikasına sadiq qalaraq bu təklifi də cavabsız qoydu. Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafınadestruktiv münasibətini nümayiş etdirməklə paralel, həm də mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını göstərir. 

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, onların başqa çıxış yolu yoxdu. Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol da var. O yol isə hərbi əməliyyatlar, anti-terror qərarıdır. Azərbaycan isə bölgədə sabitlik, sülh tərəfdarı kimi qarşı tərəfdən konstruktiv addımına adekvat reaksiya gözləyir. Amma Bakının daha bir neçə il gözləmək lüksü yoxdur. Ermənistana ayrılan vaxt dolur...

Təhməz Əsədov Son.az

"Həyat yoldaşım çox utancaq insandır" Afaq Bəşirqızı like
  • 28 Mar 16:24  
Şou-biznes "Həyat yoldaşım çox utancaq insandır" Afaq Bəşirqızı

"Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Bu oyuna qal

arrow Ətraflı
Azərbaycanda bu telekanal 12 nəfəri like
  • 28 Mar 16:20  
Digərləri Azərbaycanda bu telekanal 12 nəfəri

Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş

arrow Ətraflı
Makronun reytinqi son dörd il ərzində minimuma düşdü like
  • 28 Mar 16:12  
Dünya Makronun reytinqi son dörd il ərzində minimuma düşdü

Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə aparılan pensiya islahat

arrow Ətraflı
Film səhnəsini xatırladan qəza  VİDEO like
  • 28 Mar 16:00  
Dünya Film səhnəsini xatırladan qəza VİDEO

ABŞ-da heyrətamiz qəza baş verib. Hərəkətdə olan avtomobilin təkəri di

arrow Ətraflı
"Sırf şənlənməklə inkişafa nail ola bilmərik" like
  • 28 Mar 15:49  
Kriminal "Sırf şənlənməklə inkişafa nail ola bilmərik"

"Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mül

arrow Ətraflı
Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir like
  • 28 Mar 15:38  
Dünya Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir

İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implan

arrow Ətraflı
Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb like
  • 28 Mar 15:36  
Dünya Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanl

arrow Ətraflı
Bu tarixdən quru sərhədlər açılacaq  Deputat like
  • 28 Mar 15:30  
Digərləri Bu tarixdən quru sərhədlər açılacaq Deputat

Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin

arrow Ətraflı
Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri qalıb like
  • 28 Mar 15:27  
Digərləri Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri qalıb

Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsinin tətbiq

arrow Ətraflı
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları belə səs verə bilərlər like
  • 28 Mar 15:26  
Digərləri Azərbaycanda yaşayan Türkiyə vətəndaşları belə səs verə bilərlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada y

arrow Ətraflı
Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər”  VİDEO  FOTO like
  • 28 Mar 15:16  
Şou-biznes Azərbaycanlı aktrisanın geyimini “başına qaxınc etdilər” VİDEO FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yol

arrow Ətraflı
Qaradağda şirkətdə təhlükəli kranın fəaliyyəti dayandırılıb like
  • 28 Mar 15:08  
Digərləri Qaradağda şirkətdə təhlükəli kranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi v

arrow Ətraflı
Birgə yaşayışın vaxtı çatıb  Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə müraciət like
  • 28 Mar 14:58  
Siyasət Birgə yaşayışın vaxtı çatıb Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə müraciət

Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolera

arrow Ətraflı