Makronun reytinqi son dörd il ərzində minimuma düşdü
Dünya 28 Mar 2023 16:12:00 264 0
Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə aparılan pensiya islahatının səbəb olduğu kütləvi etirazlar fonunda minimal göstəriciyə düşüb.
Bu xəbəri də oxu: Svilizasiya ilə əlaqəsi olmayan yeni qəbilə üzə çıxdı İnsanları uzaqlaşdırmaq üçün ... FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün BVA şirkəti tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələri bundan xəbər verir.
Sosioloqların qeyd etdiyi kimi, sorğuda iştirak edən fransızların yalnız 28%-i Makronun prezident postunda fəaliyyətindən razıdır. Bu, fevralın sonunda qeyd olunandan 6 faiz bəndi azdır. "Beləliklə, dövlət başçısının reytinqi ən aşağı səviyyə olan 26%-ə yaxınlaşır, bu göstərici 2018-ci ilin noyabr ayında "sarı jiletlilər" hərəkatının qızğın çağında müşahidə olunmuşdu", - şirkətdə qeyd ediblər.
Baş nazir Elizabet Borna gəlincə, onun da reytinqi ay ərzində 28%-ə düşüb. Sosioloqların sözlərinə görə, bu, onun 2022-ci ilin mayında Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin olunduğu vaxtdan sonra ən aşağı göstəricidir.
Şirkətdə qeyd olunduğuna görə, aparılan araşdırma pensiya islahatının müzakirəsi başladıqdan sonra fransız cəmiyyətində formalaşan bir neçə tendensiyanı təsdiqləyib. Belə ki, məsələn, sorğu əksər fransızların (70%) pensiya yaşının artırılması haqqında qanun layihəsinin qəbul olunmasına qarşı çıxdığını göstərib. Sorğuda iştirak edənlərin 64%-i hökumət tədbirlərinə qarşı tətilləri və etiraz aksiyalarını tam dəstəkləyir.
Sorğu 24-25 mart tarixlərində keçirilib. Sorğuda Fransanın 18 yaşdan yuxarı min sakini iştirak edib.
Sosial sistemin maliyyə balansını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvar ayında təqdim olunub. Təklif edilən dəyişikliklər dərhal çoxsaylı etiraz aksiyalarına səbəb olub. Martın 16-da baş nazir parlamenti kənarda saxlayaraq və hökumətin məsuliyyəti altında dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin qəbul olunduğunu elan edib. Həmkarlar ittifaqları və müxalif siyasi partiyaların nümayəndələri hökumətin bu addımını qınayaraq bütün ölkə ərazisində tətilləri davam etdirməyə çağırıblar.
ABŞ-da heyrətamiz qəza baş verib. Hərəkətdə olan avtomobilin təkəri di
"Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mül
İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implan
Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanl
Mövcud siyasi sistemin təkmilləşdirilməsi günün tələbi idi və iki il �
Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı, ayıq-sayıqlığ�
Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin
Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsinin tətbiq
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada y
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yol
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi v
Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolera
Məşhur müğənni Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş m
Şəmkir rayonunda civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda məni