Birgə yaşayışın vaxtı çatıb Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə müraciət
Siyasət 28 Mar 2023 14:58:00 434 0
Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolerantlığın, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Hazırda qarşımızda duran başlıca vəzifə bu dəyərlərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir. Dünyada gedən proseslər və mənəvi böhranın getdikcə dərinləşməsi onu göstərir ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, xüsusi rol oynayıblar.
Bu xəbəri də oxu: “Minsk Qrupu ləğv edilməlidir”
Son.az Trend-ə istinadən bildirir ki, bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov söyləyib.
O bildirib ki, qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Qubaya səfər ediblər. Bu səfər zamanı yəhudi, xristian, islam icmasının nümayəndələri bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət ediblər.
"Çağırışımızda artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri Qarabağda yaşayan ermənilərə də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə yaşayırıq. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir", - deyə S.Heydərov bildirib.
Son.az
Məşhur müğənni Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş m
Şəmkir rayonunda civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda məni
Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərə
Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmal
Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd b
Laçın şəhərinin bütün infrastrukturu - su xətləri, kanalizasiya xətlə
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləc
Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana ic
Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inş
Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı
İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə
Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zama
Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya
Böyük Britaniya istehsalı olan "Challenger 2" tankları artıq Ukra