“Taliban”dan TƏLƏB:
Dünya 22 Mar 2023 14:51:00 302 0
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Əfqanıstana nəzarət edən "Taliban"ı qızların orta məktəblərdə oxumasına icazə verməyə çağırıb.
Bu xəbəri də oxu: “Cessna 182” tipli təyyarə qəzaya uğradı
Son.az bu barədə "Report"a istinadən xəbər verir.
"Əfqanıstanın de-fakto hakimiyyətinin qızların orta məktəbə getməsinə növbəti dəfə mane olması dərin məyusedicidir. Bu əsassız və qeyri-uzaqgörən qərar bir milyondan çox qızın ümid və arzularını puça çıxarır və bütün ölkədə qızların və qadınların hüquqlarının pisləşməsinin davam etməsində daha bir qaranlıq mərhələdir", - Rassel BMT-nin saytında bildirib.
Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan rəsmi olaraq yeni tədris ilinin başlandığını elan edib.
Hesabatda qeyd olunur ki, "Taliban" liderləri dəfələrlə, o cümlədən BMT nümayəndələrinə qızların və qadınların təhsilinə mane olmayacaqlarına dair söz veriblər. Amma bir neçə ildir ki, oxumaq hüququndan məhrum ediliblər.
UNICEF rəhbəri hesab edir ki, təhsil almaq imkanlarının olmaması uşaqların psixi sağlamlığına və rifahına, eləcə də bütövlükdə ölkənin gələcəyinə böyük ziyan vurur.
"Qız və yeniyetmələrin, o cümlədən imkanları məhdud olanların təhsil almaq hüququ var. Qızların təhsil almaq imkanından məhrum edilməsi ölkənin iqtisadiyyatı və səhiyyə sistemi üçün çox böyük fəsadlar törədəcək", - o vurğulayıb.
Əfqanıstan dünyada qızların təhsil ala bilmədiyi yeganə ölkədir. 2021-ci ilin avqustunda "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orta məktəblərdə qızların təhsili dayandırılıb.
Qüsursuz və hamar ayaqlara sahib olmaq hər bir qadının arzusudur.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Tanınmış stilist Joe bu ilin yayında dəbdən düşmüş 3 kişi geyimini a�
Bir neçə il əvvəl oğlunu itirən model Ebru Şallı Kahramanmaraşda baş v
Son.az Kulis.az-a istinadən rejissor, aktyor Ceyhun Mirzəyev haqqında maraql�
Rusiya Federasiyasının tammiqyaslı müharibəsinin başlandığı 2022-ci ild
Yerkökü qanda müxtəlif xəstəliklərin ağırlaşması riskini azaldır.
Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir.
Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrili
İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığ�
Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Azər cinsi azlıq nümayənd�
Martın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Avropa İttifaqının "mülki missiyası"nın regiona gəlişindən so
Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq n
Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla əmək