Putin haqda həbs qərarı verən məhkəmə haqda bilmədiklərimiz 18 hakim və...


Dünya 17 Mar 2023 23:12:00 326 0

Putin haqda həbs qərarı verən məhkəmə haqda bilmədiklərimiz  18 hakim və...

Rusiya prezidenti haqda qərarı Beynəlxalq Haaqa Məhkəməsi deyil, Beynəlxalq Cinayət Məhkəməsi verib ki, bunlar fərqli-fərqli məhkəmələrdir

Rusiya Prezidenti Vladimir Putin haqda beynəlxalq məhkəmənin qərarı dünyada bomba partlayışı effekti verib. İndi əsas diqqət bu cəsarətli qərar verən məhkəməyə yönəldib. Öncə onu bilməyimiz vacibdir ki, Putin haqda qərarı Beynəlxalq Haaqa Məhkəməsi deyil, Beynəlxalq Cinayət Məhkəməsi verib. Bunlar isə fərqli-fərqli məhkəmələrdir.

Son.az musavat.com-a istinadən bildirir ki,Beynəlxalq Haaqa Məhkəməsi 1946-cı ildə BMT-nin mühakimə üçün əsas hüquqi orqanı kimi fəaliyyətə başlayıb. Məhkəmə fiziki şəxslərin deyil, yalnız ölkələrin iddialarına baxır. Əgər hər hansı ölkə işi məhkəməyə göndərmək qərarına gələrsə, o, onun qərarı ilə bağlıdır.

Beynəlxalq Cinayət Məhkəməsi rəsmi olaraq 2002-də fəaliyyətə başlayıb Putinlə bağlı qərarı verən Beynəlxalq Cinayət Məhkəməsi dünya birliyinə qarşı soyqırım, müharibə cinayətləri, təcavüz cinayətləri və insanlığa qarşı cinayətlər kimi ən ağır cinayətlər törətmiş şəxslərin işlərinə baxır. Beynəlxalq Cinayət Məhkəməsi səlahiyyətinə soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, habelə təcavüz cinayətlərini araşdırmaq daxildir. Beynəlxalq Cinayət Məhkəməsi isə 1998-ci ildə qəbul edilmiş Roma Nizamnaməsi əsasında yaradılıb. 2002-ci il iyulun 1-də rəsmi olaraq fəaliyyətə başlayıb.

Beynəlxalq Cinayət Məhkəməsi daimi fəaliyyət göstərən qurumdur. Fəaliyyət yeri Haaqadır, lakin məhkəmənin tələbi ilə dinləmələr istənilən başqa yerdə keçirilə bilər. Bir daha qeyd edirik ki, Beynəlxalq Cinayət Məhkəməsini Haaqada da yerləşən, lakin fərqli yurisdiksiyaya malik olan Beynəlxalq Ədalət Məhkəməsi ilə qarışdırmaq olmaz. Beynəlxalq Cinayət Məhkəməsi BMT-nin rəsmi strukturlarına daxil deyil, baxmayaraq ki, o, BMT Təhlükəsizlik Şurasının təklifi ilə işlərə başlaya bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri iştirakçı dövlətlərin assambleyası tərəfindən 9 il müddətinə seçilən 18 hakimdən ibarətdir və regional qrupların hər biri ən azı 2 hakimlə təmsil olunmalıdır. 3 hakim Şərqi Avropanı, 3-ü Asiyanı, 4-ü Afrikanı, 3-ü Latın Amerikasını, qalan 5-i isə Qərbi Avropa və digər ölkələri təmsil edir.

Bütün hakimlər iki siyahı üzrə seçilir. "A" siyahısına cinayət hüququ və prosessual sahədə tanınmış ekspert, habelə bu sahədə hakim, prokuror və ya vəkil kimi zəruri təcrübəyə malik olan şəxslər daxildir. "B" siyahısına beynəlxalq hüquq sahəsində, daha doğrusu, beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində nüfuzlu ekspert olan və hüquqi təcrübədə böyük təcrübəyə malik olan şəxslər daxildir. Hakimin səlahiyyət müddəti başa çatmışsa, lakin eyni zamanda onun oturduğu palatada onun iştirakı ilə konkret işə məhkəmə baxışına başlanmışsa, o, hakim vəzifəsində qalmaq hüququna malikdir.

Bəs, Beynəlxalq Haaqa Məhkəməsi nədir?

Çox az adam bilir ki, Beynəlxalq Haaqa Məhkəməsinin yaradılması ideyası rus çarı II Nikolaya məxsusdur. Məlumdur ki, XIX əsrdə Avropa ölkələri arasında hakimiyyət bölgüsü və ya ərazi iddiaları ucbatından lokal münaqişələr yaranmışdı. Yalnız 1860-1899-cu illər ərzində Avropada 11-ə yaxın silahlı münaqişələr, müharibələr baş vermişdi. Bu müharibələrdə əsas diqqət dinc əhaliyə qarşı zorakılıq, hərbi cinayətlər idi. Müharibənin qarşısını almaq üçün vahid beynəlxalq vasitəçilik sistemi yox idi.

1898-ci il avqustun 24-də II Nİkolay öz səfirləri vasitəsilə dünya dövlətlərinin rəhbərlərinə məktublar göndərir. Nikolay mürəkkəb məsələləri sülh yolu ilə həll etmək üçün beynəlxalq konfrans təşkil etməyə çağırır. Əvvəlcə təklifə reaksiya olmadı. Yalnız Amerika prezidenti Uilyam Makkinli onunla maraqlandıqdan sonra digər ölkələr də Rusiya imperatorunun təşəbbüsünü diqqət verdilər.

Bekhemların evdə "press" MƏŞQİ  FOTO like
  • 17 Mar 23:07  
Digərləri Bekhemların evdə "press" MƏŞQİ FOTO

Viktoriya və Devid Bekhem həmyaşıdları arasında ən atletik və fit ulduz

arrow Ətraflı
24 yaşlı Rəcəb Tayyib Ərdoğan da prezidentliyə namizəd oldu like
  • 17 Mar 23:01  
Dünya 24 yaşlı Rəcəb Tayyib Ərdoğan da prezidentliyə namizəd oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adına ma

arrow Ətraflı
Ərdoğan Finlandiyanın NATOya üzvlüyünə dair protokolu parlamentə təqdim edib like
  • 17 Mar 22:55  
Dünya Ərdoğan Finlandiyanın NATOya üzvlüyünə dair protokolu parlamentə təqdim edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya daxil olmas

arrow Ətraflı
“Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti... like
  • 17 Mar 22:43  
Siyasət “Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti...

Ermənistan hakimiyyəti KTMT-dən çıxma prosesini başladıb.

arrow Ətraflı
Zelenski onu istefaya göndərdi like
  • 17 Mar 22:37  
Dünya Zelenski onu istefaya göndərdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Estoniyadakı səfiri Mariana Be

arrow Ətraflı
Ad çəkmədən həmkarlarını təhqir etdi  FOTO like
  • 17 Mar 22:20  
Digərləri Ad çəkmədən həmkarlarını təhqir etdi FOTO

Aktyor Türkay Cəfərli instaqramda qalmaqallı status paylaşıb. 

arrow Ətraflı
Bakıda DƏHŞƏT: Qızı evində zorladılar like
  • 17 Mar 22:14  
Kriminal Bakıda DƏHŞƏT: Qızı evində zorladılar

Bakıda zorlama hadisəsi baş verib.

arrow Ətraflı
Türk müğənni koronavirusa yoluxdu like
  • 17 Mar 21:27  
Digərləri Türk müğənni koronavirusa yoluxdu

Türk müğənni Deniz Seki koronavirusa yoluxub.

arrow Ətraflı
Övladları ilə bağlı döymə etdirdilər  FOTO like
  • 17 Mar 20:51  
Şou-biznes Övladları ilə bağlı döymə etdirdilər FOTO

Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğ modelyer Başak Diz

arrow Ətraflı
“Pullar yeyildiyi üçün film çəkilmədi” like
  • 17 Mar 20:29  
Şou-biznes “Pullar yeyildiyi üçün film çəkilmədi”

Aktyor Corc Qafarov özünün də rol aldığı İkinci Qarabağ müharibəsinə

arrow Ətraflı
“Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır” like
  • 17 Mar 20:18  
Dünya “Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”

"Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olar

arrow Ətraflı