"O vaxt ağır zəmanə idi, hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi"
Şou-biznes 13 Mar 2023 19:13:00 307 0
"Bu gün maşallah, bütün xanımlarımız həm sənətdədir, həm də ailəlidir. Şükür Allaha heç evlərində də söz-zöhbət düşmür. O vaxt çox ağır bir zəmanə idi. Hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi. Təsəvvür edin, gəlin evdə olmalıdır, qastrol səfəri nədir? Xaricdə konsert nədir? Heç vaxt evimizdə söz-söhbət olmayıb. Qısqanclıq olub, yalan deyə bilmərəm. Amma o da baxır ki, nəyə qısqanır da".
Bu xəbəri də oxu: Müğənnilərimiz "YENİ İL"də bu qədər qazanacaqlar
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib.
"Həyat yoldaşımla uşaqlıq illərindən gediş-gəlişimiz, doğmalığımız olub. Uşaqlıq illərindən bir yerdə böyümüşdük. Baldızım da sonra bibim oğluna ərə getdi. 35 ildən çoxdur ki, evliyik. Bilirdim ki, oxumağımı istəmir, düşünürdüm ki, seçim qarşısında qalsaydım aləmi seçərdim. İndi belə düşünmürlər. Mən həm ailəmi qorudum, həm də sənətimi. Uşaqlıqdan bilirdim ki, bu sənətin arxasınca gedəcəm, çünki bu sənəti sevirəm. Xanım sənətkarlarımızı ailəsiz görəndə bu mənə çox pis təsir edirdi. Mən tək böyüdüyümə görə təklikdən qorxurdum. Həm də düşünürdüm ki, ailə həyatı qurmaram, tək qalaram" deyə xanəndə bildirib.
Xalq artisti qarmon musiqi alətində də ifa edə bildiyini deyib.
"5 il qarmon musiqi alətinə getmişəm. 10 yaşım var idi, məni musiqi məktəbinə götürmürdülər ki, çox arıqam. Qarmon da çox ağır olur. Ümumiyyətlə çox kaprizli musiqi alətidir. Gülbahar Şükürlü ilə bir yerdə toylara getmişik. Hətta onun xınayaxdısında da ifa etmişəm" deyə sənətkar bildirib.
Xalq artisti böyük sənətkarların hər birini özü üçün müəllim bildiyini deyib.
Azərbaycanda gənc oğlan şantaj edilib.
Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasın
Müğənni Dilarə Kazımova növbəti layihəsi ilə gündəmə gəlib.
Dünyadakı siyasi proseslər hadisələrə daha sağlam gözlə baxmağımızı
"Bizim sahəmizdə yatırım edənlər çatışmır. Gələcəyə inanıb y
Ermənistanın XİN-in mətbuat katibi Vahan Unanyan istefa verib.
Parisin bir rayonu boyda olmayan Xankəndidəki ermənilərin "muxtariyyət
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Ancelina Coli keçmiş əri Bred Pittin yeni sevgilisi ilə görüşmək istəyi
Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun
"Relativity Space"in dünyanın ilk 3D çap raketini buraxmaq planı i
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind