Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edildi
Digərləri 13 Mar 2023 17:12:00 289 0
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu xəbəri də oxu: 46 milyon vəsait ayrılır, amma ziyanla işləyir
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Avropa Parlamenti yaxın günlərdə Azərbaycanın əleyhinə növbəti, Ermən
9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakir
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliy
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos
Məşhur türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman)
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzl�
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daş
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldür�
Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaş�
"İnsanlar qəddarlaşıb. Biz axı niyə belə olduq? Hamı düz insan axt
Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində
Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs saxlanılıb
Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələ
"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən ist