Özün qədər ikinci saxtakar "bacındır"
Siyasət 13 Mar 2023 16:17:00 301 0
Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika dilindən istifadəni qanunsuz hesab edib.
Bu xəbəri də oxu: COP29: Tarixdə iz qoyan sammit
Fransa məhkəməsi Korsika adasındakı dövlət qurumlarında korsika dilinin işlədilməsinin "qanunsuz" olduğuna qərar verdi. Məhkəmə həmçinin "Korsika xalqı" tərifinin mövcudluğunun Fransa Konstitusiyasına zidd olduğunu qeyd edib. Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.
Qərar Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir.
BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrıseçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır. Amma onun bir tvitinin proseslərə təsir imkanının nə qədər aşağı olduğunu özü də yaxşı bilir. Bu, sadəcə gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Parisin ikili standartları
Korsikalıların dil tələbinə "Yox" cavabı verən rəsmi Parisin bu qərarı beynəlxalq ictimaiyyətdə müəyyən aşağı ranqlı siyasətçilər tərəfindən etiraz səsləri ilə qarşılansa da, nə dəyişəcək ki?! Emanuel Makron höküməti fikrindən dönəcək kimi görünmür.
Baxmayaraq ki, Fransa konstitutsiyasına görə dövlət ölkədə irqindən, mənşəyindən və dini baxışlarından asılı olmayaraq hamının qanun qarşısında bərabərliyini təmin etməlidir, amma bu yanaşma korsikalılara münasibətdə tətbiq olunmur. Əhalinin müstəqilliklə bağlı referendum istəklərinə isə Paris ümumiyyətlə məhəl qoymur.
Biraz keçmişə ekskursiya etsək, görərik ki, Paris 1960-cı illərin əvvəllərində Əlcəzair müharibəsindən sonra Fransaya qayıdan "qara ayaq" adlandırdıqları fransızları əsasən Korsika adasına yerləşdirərək, adanın etnik tərkibini dəyişmək məqsədi ilə ərazinin fransızlaşma siyasətini başlatdı.
1962-ci ildə imzalanan sazişdən sonra isə adaya çox sayda məqsədli şəkildə əlcəzairli və mərakeşlinin köçürülməsi ilə Korsikanın etnik tərkibi sürətli şəkildə dəyişdi. Fransızların adadan aldıqları mülklərin sayı artdıqca isə yerli əhali sıxışdırılmağa başlanıldı. Statistikaya görə hər il 5 min Fransa vətəndaşı planlı şəkildə hökümətin dəstəyi ilə Korsikada daşınmaz əmlak alır. Bu isə deməyə əsas verir ki, bugün həmin proses daha intensiv şəkildə icra edilir.
Hətta 2010-cu ildə Avropa Məhkəməsi korsikalıların Fransaya qarşı iddiasına baxaraq adalıların xeyrinə qərar çıxarmışdı. Qərarda Fransa hökümətinin adadakı ərazilərin zəbt edilməsinə laqeydliyi tənqid olunub. Orada göstərilib ki, gəlmələrin torpaqları zəbt etməsi ehtiyac və zərurət prinsipindən kənara çıxır.
Amma baş verənlər deməyə əsas yaradır ki, bugün özünü dünyaya ekler kimi şirin, konsomme şorbası qədər şəffaf sırımağa çalışan Fransa əslində, steyk-tartar qədər çiy demokratiya prinsiplərinə sahibdir.
Bunu elə keçmişi də, indisi də müstəmləkə və işğalçılıq siyasəti üzərində qurulan tarixləri ifşa edir. Əgər belə olmasaydı, Yeni Kaledoniya, Korsika, Mayotta və işğal etdikləri digər ərazilərin müstəqilliklərini çoxdan tanıyardılar, ən azından muxtariyyat tələblərinə isti yanaşardılar.
Müstəmləkəçilik dövlət siyasətinin əsas qayəsini təşkil edən Emanuel Makronun işğalçılık, etnik qarşıdurmalara olan meyli, ərazi iddiaları barədə çox geniş, uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki artıq bu siyasətçinin hansı yuvanın "quşu" olduğu, terrora, cinayətə, zor tətbiq etməyə meyilliyi bütün dünyaya bəllidir.
Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfsiz dövlət statusu ilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq 30 ilə yaxın bir müddətdə beynəlxalq hüquqla müəyyən edilmiş haqqlarımızın bərpa edilməsində kömək gözlədiyimiz Fransa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20%-dən çox ərazilərini uzun illər işğalda saxlamış Ermənistanı və Qarabağın separatçı rejimini dəstəkləməyə davam edir.
Əgər Fransa Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə hüququna sahib olduqlarını söyləməyi üstün tutursa, o zaman nədən Fransa eyni öz müqəddəratını təyinetmə hüququnu Korsika xalqları üçün qəbul etmir?
Fransa hakimiyyəti başqasının daxili məsələlərinə qarışınca, öncə getsin öz məsələsini həll eləsin, konstitutsiyasında göstərilən bəndləri doğru-dürüst yerinə yetirsin, insanların azadlıqlarını əlindən alıb, onlarla nökəri kimi davranmasın.
Çünki korsikalı millətçilər heç də tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər. Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır.
Lakin Paris eyni dözümsüzlüyü dünyanın başqa yerlərindəki separatçılara qarşı göstərmək istəmir. Əksinə, ikili standart nümayiş etdirərək, Qarabağdakı separatçılara dəstək verir, Ermənistanın təcavüzkar siyasətinə arxa durur.
Yaxın keçmişdə şahidi olduq ki, bu dövlət hələ utanmaz-utanmaz Qarabağdakı separatçıların lideri Araik Arutyunyanı öz dövlət kanalına dəvət edib, onu qondarma rejimin "prezident"i kimi təqdim etdi.
Fransa 44 günlük Vətən müharibəsində və sonrasında Qarabağda yaşayan ermənilərə "muxtariyyət" verilməsi ilə bağlı Azərbaycana hədə-qorxu gələnlərin önündə getdi.
Fransa nə beynəlxalq hüquqa, nə də insan haqlarına məhəl qoymaq barədə düşünür. Bu gün Qarabağda bir neçə minlik yerli erməni əhalinin "azadlığını" tələb edərək Azərbaycanın suverenliyinə qarşı təhdid törətməkdə, təhlükə olmaqda davam edən Fransa eyni şeyi Korsikada edir. Bir fərqi var ki, Korsika Fransanın yanında bir adadır, Azərbaycan isə minlərlə kilometr uzaqda - uzaq Cənubi Qafqazda müstəqil bir dövlətdir. Görünən isə odur ki, Fransa hakimiyyəti düşünür ki, bütün oyunlar onun qaydalarına uyğun oynanılmalıdır.
Təhməz Əsədov Son.az
Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs saxlanılıb
Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələ
"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən ist
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
"İkili standartlar" kəlməsi son illər siyasətçilər, ekspertlər
Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus �
Müğənni Türkan Vəlizadə növbəti açıqlaması ilə gündəmə səs salı
Ermənistanın hakimiyyət dairələri çox təhlükəli yola üz tutaraq Bakı
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respu
Çala-çuxurlu bu yolda palçıq əlindən tərpənmək olmur. Yağış yağanda
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya
Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu
20 il öncə "Oskar" mükafatı almış bəzi Hollivud ulduzları, x
Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan