“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?
Digərləri 13 Mar 2023 16:40:00 277 0
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir.
Bu xəbəri də oxu: Bağçalarda işləmək istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul başladı
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil" haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.
B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır.
"Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.
Həmin Fərmanın 2-ci bəndində "Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər" Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan verəcəkdir. "Ali təhsil haqqında" qanun layihəsində də bu məsələ öz həllini tapır", - deyə B.Əliyev bildirib.
O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.
"Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi, beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.
Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və digər məsələlərin hüquqi bazası müəyyən edilir.
Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər, təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb", - deyə B.Əliyev əlavə edib
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daş
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldür�
Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaş�
"İnsanlar qəddarlaşıb. Biz axı niyə belə olduq? Hamı düz insan axt
Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində
Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs saxlanılıb
Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələ
"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən ist
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
"İkili standartlar" kəlməsi son illər siyasətçilər, ekspertlər
Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus �
Müğənni Türkan Vəlizadə növbəti açıqlaması ilə gündəmə səs salı
Ermənistanın hakimiyyət dairələri çox təhlükəli yola üz tutaraq Bakı
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respu