İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır


Siyasət 13 Mar 2023 12:12:00 334 0

İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır

X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd etməyin tam vaxtıdır. Olduqca bölünmüş və yeni təhlükələrlə üzləşən dünyanın qlobal çağırışlarının müzakirəsi üçün platformanın yaradılması çətin məsələyə çevrilib. Bu kontekstdə Azərbaycan öz təşəbbüsləri ilə ön plana çıxır. Beləliklə, Prezident İlham Əliyevin böyük səyləri nəticəsində son on il ərzində Qlobal Bakı Forumu dünya liderlərinin inamını qazanmış və qlobal güclərin bir araya toplaşaraq dünya gündəliyində duran son dərəcə mühüm məsələləri birgə müzakirə etdikləri, həll yolları axtardıqları, bir-biri ilə fikir və təcrübə mübadiləsi apardıqları yerə çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Dünyada möhtərəm qonaqlarının bu cür sayı ilə öyünə biləcək platforma çox azdır. Bu tədbirdə iştirak etmək istəyənlərin sayı isə il ötdükcə yalnız artır.

Tədbirin ilk günündə iştirakçılara müraciət edən Prezident İlham Əliyev Forumun proqramının əhatəli olduğunu və Yaxın Şərq, Afrika və Qərbi Balkanlarla əlaqəli bütün mövzuları, o cümlədən beynəlxalq gündəliyin mərkəzində duran məsələləri əhatə etdiyini qeyd edib.

"Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür", - Prezident İlham Əliyev deyib.

Sonrakı üç gün ərzində təşkil edilmiş panel müzakirələrdə iştirakçılar qlobal təhlükəsizlik üçün təhlükə törədən bir sıra məsələləri müzakirə ediblər.

Forumda geniş müzakirə olunan mövzulardan biri sülh və stabillik axtarışı və münaqişələrin həlli məsələsi olub. Azərbaycan 44 günlük müharibə ilə 30 illik münaqişəni həll edərək öz torpaqlarını erməni işğalından azad edib. Bu sadəcə mühüm nailiyyət deyil, həm də effektiv siyasi strategiya modelidir. Bu gün, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan həmçinin münaqişə sonrası zonaların necə uğurla bərpa olunduğuna dair nümunə kimi çıxış edə bilər. Hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələr reallaşdırmaqdadır. Bu, bütün dünyadan bir çox tərəfdaşı cəlb edir. Məsələn, bp kimi şirkətlərin bu prosesə ilk qoşulanlardan biri olması onların Azərbaycana sadəcə sülhə nail olmuş bir dövlət kimi deyil, həm bu sülhü qoruyub saxlaya biləcək ölkə kimi inandığı anlamına gəlir.

Forum iştirakçıları tərəfindən müzakirə olunan daha bir mühüm məsələ Avrasiyadakı enerji və nəqliyyat dəhlizlərinin rolu olub. Avropadakı enerji böhranının fonunda Azərbaycanın bu problemin həllindəki rolu artıb. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində dediyi kimi, Azərbaycan bu baxımdan həmişə etibarlı tərəfdaş olub. Bu gün 10 Avropa ölkəsi Azərbaycan qazına çıxış əldə etmək niyyətini bildirib. Yenə də, qlobal enerji böhranı şəraitində Azərbaycan Avropa Komissiyasının ilk müraciət etdiyi və qaz tədarükünün artırılması haqqında memorandum imzaladığı ölkə olub.

Enerji keçidi forum iştirakçılarının müzakirə etməli olduğu məsələ oldu. Təmiz enerji mənbələrinə keçid Azərbaycanın 2030-cu ilədək strategiyasının əsas sütunlarından birini təşkil edir.

"Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar. Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir", - Prezident İlham Əliyev deyib.

Nəqliyyat dəhlizlərinə gəlincə, prinsipcə Azərbaycan bu məsələnin müzakirəsi üçün ən yaxşı yerdir. Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan bu baxımdan ən əlverişli və perspektiv ölkələrdən biridir. Ölkənin hazırda reallaşdırdığı Zəngəzur dəhlizi həm enerji, həm də nəqliyyat dəhlizi kimi fəaliyyət göstərəcək. Təkcə bu layihə regionun bütün iştirakçıları üçün böyük imkanlar yaradacaq.

Beləliklə, yuxarıda deyilənləri nəzərə aldıqda Qlobal Bakı Forumunun dünya liderləri arasında bu cür nüfuz qazanması heç də təəccüblü deyil. Bu qədər məsələnin vahid tədbir çərçivəsində həlli onun əhəmiyyətindən xəbər verir. Bütün bunlar bir daha Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında doğru istiqamətə yönəldiyini və yeni dünya nizamında Bakının təşəbbüslərinin nəzərə alınacağını isbat edir.

Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər like
  • 13 Mar 12:05  
Digərləri Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər

Son zamanlar xarici ölkələrin mobil nömrələrindən müxtəlif maaşlar mü

arrow Ətraflı
İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı: like
  • 13 Mar 11:57  
Digərləri İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı:

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısı

arrow Ətraflı
Rusların dəstəyi ilə Qarabağa silah daşınır like
  • 13 Mar 11:55  
Siyasət Rusların dəstəyi ilə Qarabağa silah daşınır

Sosial şəbəkələrdə rus sülhməramlı kontingetinin 2 UAZ "Patriot&qu

arrow Ətraflı
Bakıda nişan məclisində faciə like
  • 13 Mar 11:54  
Digərləri Bakıda nişan məclisində faciə

Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölü

arrow Ətraflı
Bu ali təhsil müəssisələrinin lisenziyası ləğv ediləcək like
  • 13 Mar 11:43  
Digərləri Bu ali təhsil müəssisələrinin lisenziyası ləğv ediləcək

Bu ildən biz ali təhsil müəssisələrinin akreditasiyasına başlanılır.

arrow Ətraflı
Zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı açıqlanıb like
  • 13 Mar 11:40  
Digərləri Zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı açıqlanıb

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlar�

arrow Ətraflı
Qəbul qaydalarında dəyişikliyə ehtiyac var like
  • 13 Mar 11:37  
Digərləri Qəbul qaydalarında dəyişikliyə ehtiyac var

Qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var.

arrow Ətraflı
Röya onu kameraya çəkən oğlana ƏSƏBİLƏŞDİ like
  • 13 Mar 11:31  
Şou-biznes Röya onu kameraya çəkən oğlana ƏSƏBİLƏŞDİ

Xalq artisti Röya Ayxan səhnə aldığı restoranlardan birində ifa edərkən

arrow Ətraflı
Qarabağ erməniləri Bakıda növbəti görüşə dəvət edilir like
  • 13 Mar 11:21  
Siyasət Qarabağ erməniləri Bakıda növbəti görüşə dəvət edilir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ic

arrow Ətraflı
Onlayn cərimə ödənişi zamanı əlavə 1 manat tutulur like
  • 13 Mar 11:20  
Digərləri Onlayn cərimə ödənişi zamanı əlavə 1 manat tutulur

Onlayn, yoxsa nağd ödəniş? Yol polisi tərəfindən yazılan cərimələri o

arrow Ətraflı
Prezident Roma Papasına məktub ünvanlayıb like
  • 13 Mar 11:10  
Siyasət Prezident Roma Papasına məktub ünvanlayıb

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanla

arrow Ətraflı
“Avroviziya”ya gedən zaqatalalı qardaşları bir də belə görün like
  • 13 Mar 11:09  
Şou-biznes “Avroviziya”ya gedən zaqatalalı qardaşları bir də belə görün

Xəbər verdiyimiz kimi, ölkəmizi bu il "Avroviziya" beynəlxalq mah

arrow Ətraflı
KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  FOTO like
  • 13 Mar 11:05  
Digərləri KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb FOTO

Regionlarda gənc sahibkarlığın və aqroturizmin inişafına dəstək məqsə

arrow Ətraflı
Azərbaycanda 57 yaşlı kişi TOYDA ÖLDÜ like
  • 13 Mar 10:58  
Digərləri Azərbaycanda 57 yaşlı kişi TOYDA ÖLDÜ

Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib.

arrow Ətraflı