İran İsveç vətəndaşına ÖLÜM HÖKMÜ verdi
Dünya 12 Mar 2023 23:14:00 343 0
İsveç hökuməti Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının keçmiş lideri, İsveç vətəndaşlığı olan Həbib Çaaba İranda verilən ölüm hökmünə etiraz edib.
Bu xəbəri də oxu: Putin Əsədlə görüşmək istəyir
Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billstremin sözlərinə görə, Xarici İşlər Nazirliyi və Tehrandakı səfirlik işə "əlavə aydınlıq gətirmək üçün intensiv işləyir" və hökmü pisləyir.
Nazirə görə, ölüm cəzası qeyri-insani və dönməz cəzadır və İsveç, AB-nin qalan ölkələri ilə birlikdə, istənilən şəraitdə onun istifadəsini pisləyir.
Qeyd edək ki, İran Ali Məhkəməsi "Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı"nın keçmiş lideri Həbib Çaabın edam hökmünü qüvvədə saxlayıb.
Son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.
Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Çaabın edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar çıxarıb. Məhkum separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində (İslam Respublikasının cənub-qərbində) "çoxsaylı terror əməliyyatları" təşkil etməkdə ittiham olunur.
Tasnim agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Çaabın rəhbərlik etdiyi "Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı" 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirib. Agentliyin qeyd etdiyi kimi, bu hadisələrdə 25 vətəndaş, o cümlədən biri uşaq həlak olub, daha 269 nəfər yaralanıb.
Miqren - hamımızın bildiyi paroksismal baş ağrısıdır. Lakin bu xəstəli
Bəzi insanların danışarkən tez-tez fərqli üz, əl-qol hərəkətləri etd
"Şəkərbura və paxlava riskli, kremdən hazırlanmayan məhsullar olmad�
Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbə
Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siya
Alimlər sərvət və zəka arasındakı əlaqəni təhlil ediblər.
Tədqiqatlar ət növlərində əqli çatışmamazlığın inkişaf riskini azal
5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçı
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manam
Göbələklə mübarizə üçün icad edilmiş yeni preparata Hollivud aktyoru K
Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dili
"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi ç�