İran Fəriddən bu məqsədlə istifadə edəcək Mərdani
Dünya 12 Mar 2023 12:36:00 268 0
İranda yoxa çıxan Fərid Səfərlinin, əslində, İran rejimi tərəfindən tutulması ilə bağlı dəqiq məlumat və bilgilər çox azdır. Amma Azərbaycan hökuməti Səfərlinin İranda itkin düşməsi ilə bağlı Tehrana nota verib və vətəndaşlarına İran səfərlərini təxirə salması ilə bağlı xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Əsədin qohumu hava limanında saxlanıldı
Bu sözləri axar.az-a Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani deyib.
O, gənc tələbənin siyasi səbəblərdən tutulması ehtimalının yüksək olduğunu vurğulayıb:
"Böyük ehtimalla ortada siyasi səbəblər vardır. Yəni 27 yanvarda elçiliyimizə hücumdan sonra İran və Azərbaycan arasında gərginlik yaşanır. Həmçinin Azərbaycan dövləti İranın casuslarını üzə çıxardı. Yəni Azərbaycan uzun illər onlara səbirlə davranırdı, çalışırdı bu məsələyə toxunulmasın. Səfirliyimizə hücumdan sonra Azərbaycan İran casuslarını ölkədən çıxarmağa başladı. İran da buna təpki verir. İsraillə Azərbaycan arasında olan yaxınlaşma da İranı narahat edən məsələlərdəndir. Dəfələrlə İran tərəfindən buna görə hədələr gəlib".
İranın başqa ölkənin sivil vətəndaşlarından siyasi məqsədlərlə isitifadə etdiyini dilə gətirən Əmir Mərdani bildirib ki, İran bundan öz maraqları üçün istifadə edəcək:
"İran hər zaman bu məsələlərdən öz ambisiyaları naminə yararlanıb. İranda səfərdə olan əcnəbi vətəndaşları tutaraq, onları girov kimi saxlayır ki, sonra istifadə etsin. Bu, İranın tanınmış metodlarından biridir. Bunu son zamanlarda Belçikaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya, İsveçə tətbiq edib. Çox sayda ölkələr vardır ki, onların vətəndaşını tutub, müzakirələrdə istifadə edib, girovları buraxmağın qarşılığında öz casuslarını o ölkələrdən geri qaytarıb. Girovlar üçün pul da alır. Yəni belə şarlatanlıq və yolkəsənlik edir. Belə görünür ki, İran azərbaycanlı tələbənin tutulmasından faydalanmaq istəyir. Fərid Səfərlinin yoxa çıxmasında şəxsi məsələ yoxdursa, böyük ehtimalla ona "casusluq" ittihamı veriləcək. Bu, İran tərəfindən normalda istifadə olunan yöntəmdir. Tutduğu şəxsin vətəndaşı olduğu ölkə ilə münasibətindən çıxış edərək ona cəza tətbiq edir".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 il
Kolumbiyada 28 məktəbli qız təhsil müəssisəsi daxilində ruhları çağ
Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası v
Ümummilli lider Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf e
Ümumçin Xalq Nümayəndələri Məclisi Li Şanfunun Çin Xalq Respublikasın�
Heydər Əliyev bu gün Azərbaycanın hansı mövqedə olduğunu görsə idi ç
Müxalif "Yeni Siyasi Mərkəz - Qirçi" partiyası Tbilisinin mərkə
Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin
Almaniyanın avtomobil istehsalçısı "BMW" ən azı daha 10 il daxil
Daxili Qoşunların yaranmasından 31 il ötür.
Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı
"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Ya
Çexiya mobil telefonlara yüklənilən Tiktok sosial platformasının istifadə
Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilər