Daxili Qoşunların yaranmasından 31 il ötür FOTO
Digərləri 12 Mar 2023 11:00:00 323 0
Daxili Qoşunların yaranmasından 31 il ötür.
Bu xəbəri də oxu: Ballıcaya 32 il əvvəl Xocalını tərk etdiyi maşınla qayıdır
DİN Mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də iştirak edib.
Vilayət Eyvazov əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb. Nazir vurğulayıb ki, bu gün Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Düşmənə qarşı keçirilən "Dəmir yumruq" əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi.
Nazir Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb. O bildirib ki, Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.
Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə xidməti peşəkarlıqla davam etdirdiyinu vurğulayan Vilayət Eyvazov hərbi qulluqçuların bundan sonra da asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.
Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı
"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Ya
Çexiya mobil telefonlara yüklənilən Tiktok sosial platformasının istifadə
Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilər
Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.
Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin
67 milyon il əvvəl yaşamış dinozavrın (tiravozavr) skeleti hərraca çıxa
Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100
Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1 şossesində 5-i
Yaponiya "Böyük yeddilik" (G7) ölkələrilə birlikdə may ayında
"Oğlum 20 növ qəlyanaltını bəyənməmişdi, indi dağıntılar altın
Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın v�
Müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində qonaq olarkə
Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat t
ABŞ-də yaşayan 50 yaşlı Konqo vətəndaşı doqquz il bədənində ölü u�