Ərdoğan gedir, Bakı tək qalacaq Ermənilər sevinir
Dünya 12 Mar 2023 10:12:00 292 0
Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilərini Ermənistan da ciddi şəkildə izləyir.
Bu xəbəri də oxu: Qazaxıstan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı
Son.az axar.az-a istinadən bildirir ki, Ərdoğanın uduzmasında maraqlı olduqlarını gizlətməyən erməni jurnalistlər və siyasi ekspertlər artıq indidən sevinməyə başlayıblar.
"Armenian Reрort"da dərc edilən məqalədə bildirilib ki, Ərdoğan erası "bitmək üzrədir" və bu, Ermənistan üçün olduqca yaxşı xəbərdir:
"Kamal Kılıçdaroğlu (CHP lideri, "Altılı masa"nın prezidentliyə namizədi - red.) 2023-cü il may seçkilərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər. Bunu "ORC Araşdırma" agentliyinin son rəy sorğusu da təsdiqləyir. Sorğu 4-6 mart tarixində 1850 respondent arasında keçirilib, Ərdoğan 43,2%, Kılıçdaroğlu isə 56,8% səs toplayıb.
Halbuki bu agentliyin yanvar ayında keçirdiyi sorğuda Ərdoğan Kılıçdaroğlu da daxil olmaqla, bütün rəqiblərini üstələyirdi".
İddia edilib ki, buna səbəb Türkiyədə baş verən zəlzələ, onun nəticələri və müxalifətin bundan istifadə etməsidir.
Erməni müəllif ABŞ Prezidenti Baydenin də Türkiyə liderinin seçkilərdə məğlub olmasında maraqlı olduğuna diqqət çəkib və onun hələ 2020-ci ildə verdiyi vədi xatırladıb.
Nəşr Ərdoğanın uduzmasının Ermənistan üçün xüsusi şans açmasından bəhs edib və bildirib ki, məhz Ərdoğanın 2020-ci ildə göstərdiyi iradə Azərbaycanın qalib gəlməsində müstəsna rol oynadı, həmçinin, Ərdoğan Bakıya gedərək, Qələbə paradında iştirak etdi:
"Çox böyük ehtimal var ki, Əliyev tək qalacaq - onu ciddi şəkildə dəstəkləyən İmran Xan (Pakistan baş naziri - red.) da artıq hakimiyyətdə deyil. Kılıçdaroğlu ABŞ nə əmr etsə, onu da icra edəcək. ABŞ isə demokratiyanı dəstəkləməkdə maraqlıdır ki, bu da Ermənistan üçün böyük pəncərə açır. Məsələn, Türkiyə ilə quru sərhədlər də münasib şərtlərlə açılacaq, həm də Azərbaycanın mövqeyi nəzərə alınmadan".
Məqalədə vurğulanıb ki, Ərdoğanın gedişi Azərbaycanın "Xankəndidə bayraq qaldırmaq" məqsədini də puça çıxaracaq:
"Bakı ilə Tehran arasında tamamilə gərgin münasibətləri nəzərə alsaq, Azərbaycanın regionda sadəcə olaraq müttəfiqi olmayacaq. Bəli, Azərbaycana rəğbət Türkiyədə qalacaq. Amma onları ABŞ idarə edəcək. Bizə lazım olan gündəliyi həyata keçirmək üçün başqa heç nə tələb olunmur".
Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.
Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin
67 milyon il əvvəl yaşamış dinozavrın (tiravozavr) skeleti hərraca çıxa
Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100
Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1 şossesində 5-i
Yaponiya "Böyük yeddilik" (G7) ölkələrilə birlikdə may ayında
"Oğlum 20 növ qəlyanaltını bəyənməmişdi, indi dağıntılar altın
Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın v�
Müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində qonaq olarkə
Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat t
ABŞ-də yaşayan 50 yaşlı Konqo vətəndaşı doqquz il bədənində ölü u�
Məşhur porno aktrisa Antonella Alonso "OnlyFans" hesabındakı qazan
"WhatsApp" tezliklə bütün Böyük Britaniyada qadağan edilə bilə
Aktrisa və model Denise Russo 44 yaşında vəfat edib
Əfqanıstanın "Əfqanıstanın səsi" informasiya agentliyinin binas