Qlobal Bakı Forumu Prezident İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi VayraVike Frayberqa
Siyasət 09 Mar 2023 11:26:00 295 0
Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Frayberqa 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bəşəriyyət həmrəy şəkildə davranarsa, cavab tədbirləri də öz nəticəsini verər.
"Bakı Qlobal Forumu bu çərçivədə fikir mübadiləsi aparılmasında əhəmiyyətə malikdir Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır", - Vayra-Vike Frayberqa bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti
Bu gün Azərbaycanın enerji resurslarının istehsalı, Qara dənizdən keçə
Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.
Qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyy
Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə belə mühüm tədbir
Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqla
Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ
İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs
Türkiyənin məşhur müğənnisi Seda Sayan ayaqlarını estetik əməliyyat e
Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və eko
Gürcüstan polisi Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfəri sax
Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmə
Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni
Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli t