Onun nəvələri indi nənədir Xaçmazın 100 yaşlı sakini
Digərləri 08 Mar 2023 14:08:00 291 0
Yüz yaşlı Mənsurə Nəzərova Xaçmazın Pərdiqıran kəndində yaşayır. Onun 1 övladı, 4 nəvəsi, 11 nəticəsi və 2 kötükcəsi var.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə
Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Mənsurə nənəni ziyarət edib, ailənin qonağı olub.
Nəzərova Mənsurə Nuri qızı 1923-cü ildə Şabranın Gələgah kəndində doğulub. Valideynləri vaxtsız həyatdan köçdüyündən bacısı ilə birlikdə çətin günlər yaşayıblar. Uşaqlıqdan zəhmətə qatlaşan Mənsurə nənə həmin günlərin ağrı-acısını indi də unutmayıb.
"16 yaşım olanda Samur-Dəvəçi kanalının tikintisində (1939-1940-cı illər) fəhlə işləmişəm. Həmin su kanalı əl əməyi ilə qazılıb. Kişilərlə bir yerdə fəhləlik edirdim. Xərəkdə torpaq daşıyırdım. İki il orada işlədim. Yaxşı işlədiyimə görə mənə 10 kiloqram qənd, 10 metr də parça mükafat vermişdilər. Sonradan sovxozda çalışmışam. Ot biçmişəm, xırmanda dən döymüşəm, baramaçılıqla da məşğul olmuşam. Ömrüm boyu ağır işlərdə işləmişəm", - deyə Mənsurə nənə həmin günləri xatırlayır.
İkinci Dünya müharibəsi illərində yaşanan aclıq və səfalətdən sonra Mənsurə nənə XX əsrin 50-ci illərində Xudata işləməyə gəlib. Ailə qurduqdan sonra Pərdiqıran kəndində yaşamağa başlayıb.
Yüz yaşını bu ilin fevralında qeyd edən Mənsurə nənə oğlunun, sonra isə nəvə və nəticələrinin toyunda ailə başçısı kimi iştirak edib. Mənsurə nənənin nəvələri indi nənə olublar. Onun 3 və 4 yaşlarında iki kötükcəsi var.
Mənsurə nənənin gəlini Kövsər Nəzərova deyir ki, 10 yaşında anasını itirib. Bu evə isə 1977-ci ildə gəlin gəlib: "Qayınanam və həyat yoldaşımla yaşamışam. Qayınanam mənə analıq edib. O, mənə qızım deyib, mən də ona ana. Nəvələrini, nəticələrini çox istəyir. Hamısını tanıyır. Gözləri görür, amma zəif eşidir. Təbii qidalara üstünlük verir. Dolma və bozbaş yeməklərini xoşlayır. Daha çox süd məhsulları yeyir".
Mənsurə Nəzərova kolxoz dövründə ən qabaqcıl işçilərdən olub. 1983-cü ildə "Əmək veteranı" medalı ilə təltif edilib.
"İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı
Sosial şəbəkələrdə Su-27 qırıcısının heyrətamiz manevri ilə bağlı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 8-də rəsmi qarşılanma m�
Evdə keçirdiyi qəza nəticəsində qaşı yarılan və 12 tikiş atılan mü�
"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-1
Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə güclü leysan yağışlar
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının P
"Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taley
Şimali Koreya lideri Kim Çen Inın üç övladı var.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 8
Masallıda 22 il əvvəl törədilmiş quldurluq cinayəti açılıb.
Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geost
Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabi