Rasim Məmmədova hökm oxundu
Digərləri 06 Mar 2023 16:17:00 874 0
"İctimai Nəzarət Koalisiyası" İctimai Birliyinin sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Quterreş COP29da əldə olunmuş razılaşmanın əhəmiyyətini qeyd etdi
Son.az APA-ya istinadən bildirir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rasim Məmmədov xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub.
İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azmetal" MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Qeyd olunan əmələ görə, Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
6 mart 2023-cü il tarixində Qətər Dövlətinə işgüzar səfəri çərçiv�
"Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialının
Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin iclası zamanı dep
Bakının Xətai rayonunda baş verən atışmada xəsarət alan şəxslərdən
Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhəti pisləşib.
Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsind�
Türkiyədə zəlzələlərdən sonra dağıntılar altından çıxarılan uşaq
ABŞ-nin Kanzas ştatından olan iki kişi Ermənistan ərazisindən Rusiyaya av
Bakının Xətai rayonunda baş verən atışma zamanı yaralanan Unibank əmək
Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi bar�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Əməkdar artist Gülüstan Əliyevanın Cəbrayılda qonşusu olmuş şəxs &qu
Baxmut ətrafındakı vəziyyətlə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski
90-cı illərin əvvələrində Azərbaycan dövləti üçün həm daxildən, h�