Ordumuza qarşı bugünkü təxribatı iki güc planlaşdırıb
Siyasət 05 Mar 2023 22:40:00 285 0
Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə, məsələ bitəcək.
Bu xəbəri də oxu: Bakıda milyardlıq razılaşma Tarixi uğura
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verdiyini vurğulayıb:
"Paşinyan deyir: "Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?"
Paşinyan üstüörtülü dediyi sözlərin mənası budur:
1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi;
2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi.
Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib".
E.Şahinoğlunun fikrincə, Paşinyan Qarabağ yükünü daşıya bilmir, ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı "Qarabağ klanı" imtina edib:
"Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var".
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuz şəhid verib, erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.
Son.azilli.Az
Xəbər verdiyimiz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni
Masallı rayonunda toy karvanlnda avtoxuliqanlıq edən daha bir nəfər həbs e
Xalq artisti Röya Ayxan ailə qurmayan qızlara ironik məsləhət verib.
"Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünə
İstanbulda özlərini polis kimi təqdim edərək hədiyyə dükanı sahibinin
Rusiya millisinin keçmiş məşqçisi Stanislav Çerçesov reklam çəkilişi z
MİT və Jandarma qüvvələrinin Tuncelinin çöl bölgələrində həyata keç
Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qan
Afinada Yunanıstanın tarixində ən ağır qatar qəzasına görə məsuliyyə