“Rus qanunu” Gürcüstanda vəziyyəti gərginləşdirdi


Dünya 05 Mar 2023 20:25:00 319 0

“Rus qanunu” Gürcüstanda vəziyyəti gərginləşdirdi

Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qanun layihəsinin müzakirəsi başlayır. Qanun layihəsi parlamentdə "xarici təsir agentləri" adı ilə qeydiyyatdan keçirilib. Sözügedən qanun layihəsinin Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik komitələrinin qapalı iclasında müzakirəsi zamanı müxalif deputatlar vətəndaş cəmiyyəti nümayəndələrini iclasda iştirakını istəyiblər. Bu zaman qanunu dəstəkləyən deputatlarla müxaliflər arasında qarşıdurma baş verib, yumruqlar işə düşüb. Bu da qanun layihəsinin geniş müzakirəsinin də gərgin keçəcəyini göstərir.  

Son.az musavat.com-a istinadən bildirir ki,"Gürcü arzusu"  və "Xalqın gücü" partiyalarının irəli sürdüyü qanun layihələrinə görə  xaricdən vəsait alan təşkilatlar xarici agent kimi qeydiyyatdan keçiməlidir. Qanun pozuntuları ağır cərimələr və hətta 5 ilə qədər həbs cəzasını nəzərdə tutur. 

Qərb qurumları layihəni sərt tənqid edib. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan qanunu "rus qanunu" adlandırıb. Tiflisə digər Qərb dövlətlərinin səfirliklərindən və beynəlxalq qurumlardan birbaşa siqnallar gəlib ki, demokratik standartlara uyğun gəlməyən, Gürcüstanın Avropaya inteqrasiya prosesini xeyli çətinləşdirə biləcək belə bir qanunun təsdiqlənməsi son dərəcə arzuolunmazdır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviçdən oxşar məzmunlu məktub daxil olub.

ABŞ Dövlət Departamentinin mətbuat spikeri Ned Prays  qanun layihələrinin guya amerikalı həmkarından kopyalandığına dair bəyanatları "açıq-aydın səhv" adlandırıb.  Bildirib ki, Gürcüstanın qanuniləşdirmək istədiyi qanunlar ABŞ-ın deyil, "Macarıstan və ya Rusiya qanunlarına əsaslanır".

Avropa İttifaqının səfiri Pavel Qerçinski Papuaşvili ilə görüşüb və bundan sonra o, jurnalistlərə xarici agentlər haqqında qanun layihələri ilə bağlı çətin müzakirənin aparıldığını bildirib.  "Qanunlar  Aİ norma və dəyərlərinə uyğun gəlmir. Bu təşəbbüs 2022-ci ilin iyununda Gürcüstana təqdim edilmiş və icrası Aİ-yə namizəd statusu əldə etmək üçün zəruri olan 12 tövsiyədən ən azı ikisinə ziddir. Ümid edirəm ki, bu təşəbbüs qanun formasını almayacaq", - Qerçinski bildirib.

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Fiona Hill Gürcüstanda demokratiyanın gerilədiyini bəyan ediblər: "Tiflis ABŞ gündəminə qayıtmalıdır. Gürcüstan Putin üçün rahat yerə çevrilib.  Gürcüstan daha 2008-ci ildəki kimi  demokratiyanın çırağı ola bilməz".

Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT-lər), media və hətta həmkarlar ittifaqları qanun layihələrindən son dərəcə narazıdırlar və parlamenti xarici agentlər haqqında qanun qəbul etməməyə çağırırlar. Qərbin və yerli cəmiyyətin belə kəskin reaksiyasına baxmayaraq, hakim partiyanın lideri İrakli Kobaxidze "iki qanun layihəsindən birinin mütləq qəbul ediləcəyini" bildirib.

Son ümid isə prezident Salome Zurabişvilidir. ABŞ-a səfərinə hazırlaşan Zurabişvili sözügedən qanun parlament tərəfindən təsdiqlənərsə, ona veto qoyacağını vəd edib.

Yunanıstanda polislə toqquşma olub like
  • 05 Mar 20:18  
Dünya Yunanıstanda polislə toqquşma olub

Afinada Yunanıstanın tarixində ən ağır qatar qəzasına görə məsuliyyə

arrow Ətraflı
Ermənistan sülhə atəş açdı  Nəzarətburaxılış məntəqələri yaradılmalıdır like
  • 05 Mar 20:12  
Siyasət Ermənistan sülhə atəş açdı Nəzarətburaxılış məntəqələri yaradılmalıdır

İkinci Qarabağ Müharibəsi başa çatandan bəri Ermənistandan Azərbaycanı

arrow Ətraflı
Bakıda iki maşın like
  • 05 Mar 20:08  
Digərləri Bakıda iki maşın

Bakıda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

arrow Ətraflı
Step, Çeçetka, Jiqa yoxsa Flamenko like
  • 05 Mar 20:03  
Digərləri Step, Çeçetka, Jiqa yoxsa Flamenko

Bu gözəl rəqsi heyranlıqla izləməyən az adam tapılar. Müasir adı Step

arrow Ətraflı
Qalmaqallı paylaşımın səbəbi bəlli oldu  VİDEO like
  • 05 Mar 19:57  
Şou-biznes Qalmaqallı paylaşımın səbəbi bəlli oldu VİDEO

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa

arrow Ətraflı
Pakistan polisi İmran Xanı həbs etmək üçün iqamətgahına gəlib like
  • 05 Mar 19:46  
Dünya Pakistan polisi İmran Xanı həbs etmək üçün iqamətgahına gəlib

Polis əməkdaşları Pakistanın keçmiş baş naziri və müxalifətdə olan &

arrow Ətraflı
Orqanların satıldığı kənd: Burada çoxlarının böyrəyi yoxdur  FOTO like
  • 05 Mar 19:40  
Digərləri Orqanların satıldığı kənd: Burada çoxlarının böyrəyi yoxdur FOTO

Nepalın Khoksə kəndi "Böyrəklər Vadisi" adlanır. Bütün dünya

arrow Ətraflı
İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı like
  • 05 Mar 19:34  
Dünya İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı

İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıl�

arrow Ətraflı
Prokuror sevgilisinə görə dillərə düşdü, erməni həkimin əlində öldü  FOTO like
  • 05 Mar 19:28  
Digərləri Prokuror sevgilisinə görə dillərə düşdü, erməni həkimin əlində öldü FOTO

Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, s�

arrow Ətraflı
Barış Manço türkləri “barbar” adlandıran fransız diktoru necə susdurub? like
  • 05 Mar 19:17  
Digərləri Barış Manço türkləri “barbar” adlandıran fransız diktoru necə susdurub?

80-ci illərin  ortalarında məşhurluğu ölkəsinin sərhədlərini aşmış

arrow Ətraflı
Qadınları xəstəlikdən qoruyan unikal metod: Dostunuz olsun ki... like
  • 05 Mar 19:11  
Digərləri Qadınları xəstəlikdən qoruyan unikal metod: Dostunuz olsun ki...

Orta yaşda başqaları ilə güclü və isti münasibətləri olan qadınlar qo

arrow Ətraflı
Yaz üçün qarderobunuzda olmalı 5 əsas GEYİM like
  • 05 Mar 19:05  
Digərləri Yaz üçün qarderobunuzda olmalı 5 əsas GEYİM

Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.

arrow Ətraflı
25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU  Hamısı sağdır like
  • 05 Mar 18:54  
Digərləri 25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU Hamısı sağdır

1997-ci ildə Amerikalı MkCaughey ailəsi süni mayalanma etmək qərarına gə

arrow Ətraflı
"Bu gün XankəndiXəlfəliTurşsu yolunda baş verən insident bir daha..." like
  • 05 Mar 18:48  
Siyasət "Bu gün XankəndiXəlfəliTurşsu yolunda baş verən insident bir daha..."

Bu gün Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərb

arrow Ətraflı