Ermənistan sülhə atəş açdı Nəzarətburaxılış məntəqələri yaradılmalıdır


Siyasət 05 Mar 2023 20:12:00 723 0

Ermənistan sülhə atəş açdı  Nəzarətburaxılış məntəqələri yaradılmalıdır

İkinci Qarabağ Müharibəsi başa çatandan bəri Ermənistandan Azərbaycanın rusiyalı sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgəsinə silah, sursat, minalar və s. daşınır. Azərbaycan əsgərləri bunun qarşısını almağa çalışanda isə erməni separatçılar atəş açırlar. Problemin həlli istiqamətində ilk addım Azərbaycanla Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır.

... Bu gün Azərbaycanın Qarabağ bölgəsində növbəti erməni təxribatının qarşısı alınıb.

Azərbaycan Ordusu və müvafiq dövlət qurumları tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xankəndi-Turşsu-Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə operativ yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar ermənilərin yoldan keçən UAZ -3909 markalı avtomobilinri saxlamaq istəyəndə sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan məhv edilib.

Leytenant David Ovsepyan isə ağır yaralanıb.

Bugünkü təxribat onu təsdiqləyir ki, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ nəzarətindəki ərazilərdə olan ermənilərlə Ermənistanın hakimiyyət dairələri Azərbaycana qarşı aqressiv siyasətini davam etdirirlər.

Ermənistandan RSK "nəzarət"indəki ərazilərə silah, sursat və xanlı qüvvə daşınması davam edir.

Laçın-Xankəndi yolunda ekoaksiya başlayandan sonra ermənilər alternativ yollardan, habelə Turşsu-Xəlfəli-Xankəndi yolundan istifadə edirlər.

Bugünkü atışma habelə göstərdi ki, Rusiya Sülhməramlı Kontingentin (RSK) guya nəzarətində olduğu ərazilərdə erməni separatçılarının şaxələnmiş, genişmiqyaslı hərbi infrastrukturu mövcuddur.

Eyni zamanda, həmin infrastrukturla yanaşı, RSK-nın cavabdeh olduğu ərazilərdə separatçıların silahlı birləşmələri, kazarmaları, uzunmüddətli müdafiə nöqtələri və sistemləri, silah-sursat anbarları, dayaq məntəqələri və s. var.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın aylardan bəri dəyişməyən ritorikası, "yekun sülh sazişinin imzalanması istiqamətində effektiv addımlar" atılması barədə reallıqla heç bir əlaqəsi olmayan açıqlamalar, psevdosülhpərvər bəyanatlar əslində İrəvanın işğalçılıq niyyətini çox pis pərdələyən söz yığınıdır.

Rəsmi İrəvan "qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı" pərdəsi ilə "miasum" strategiyasını davam etdirməyə çalışırlar.

Belədə, Azərbaycanın hazırda RSK nəzarətində olan ərazilərində gerçəkləşdirəcəyi hər addım qanuni və legitim, qarabağlı ermənilərin əməllərinin məcmusu isə qanunsuzdur və belə də qəbul edilməlidir.

RSK isə səlahiyyətlərini tam icra etmir və ya etmək istəmir - əks təqdirdə, bugünkü olay yaşanmazdı.

Bu gün baş verən hadisə digər məqamı da labüd edir. Həmin məqam ərazilərimizlə Ermənistan arasındakı istisnasız olaraq bütün yollara total, fasiləsiz və sərt nəzarət artıq zərurətə, labüd ehtiyaca çevrilir.

Azərbaycan yekun sülh sazişinin mümkün qədər tez imzalanmasını, Ermənistanla indi mübahisəli və şərti olan dövlət sərhədinin demarkasiyası ilə delimitasiyasını istəyir. Buna can atırıq.

Dinc danışıqlar, diplomatiya, müzakirələr yolu ilə.

Ermənistan hakimiyyəti, Eçmiədzindəki erməni Apostol Kilsəsinin rəhbərliyi, xarici ölkələrdəki erməni diasporunun ən böyük təşkilatları, erməni siyasətçilər, media mənsubları, bloqerlər və s. isə inad edirlər.

Onlar "Böyük Ermənistan" səfsəfəsindən, "erməni Qarabağı" xülyasından bəhs edir, "Azərbaycanın işğal etdiyi bütün torpaqları geri alacağıq" deyirlər.

Maniakalcasına inadkar olduqlarını nümayiş etdirməyə çalışırlar, tamamilə absurd idefiksləri "gələcəyə hesablanmış siyasi strategiya" qismində erməni kütləsinə təqdim edirlər.

Qarabağlı ermənilərin ictimai və siyasi funksionerlərisə 1991-ci ildən sonra Azərbaycan tərkibində yaşamaq istəmədikləri kimi, indi də reallığı qəbul etmir, gerçəklə barışmırlar.

Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib.

Mövcud situasiyanınəzərə alaraq, Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırırıq ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

RSK komandanlığı unutmamalıdır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

İstənilən başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir, qanunsuzdur və qarşısı ən sərt şəkildə alınacaq.

Ermənilər məhz həmin alternativ yollarla Ermənistandan ərazilərimizə minalar daşıyıblar, yolları minalayıblar. Bəhs etdiyimiz marşrutla minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdi.

Hələlik ilkin addım, vurğuladığımız kimi, Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılması olmalıdır.

Bu gün baş vermiş hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsi, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulması, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarılması şərtdir.

Çünki Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Bu gün törədilən silahlı təxribata görə və eyni zamandan, bundan sonra baş verə biləcək insidentlərə görəsə məsuliyyət bütünlüklə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

Bu barədə T.Klaar tviterdə yazıb.

"Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlər olacaq", - xüsusi nümayəndə bildirib.

Cənab Klarr yaxşı olardı ki, sülh prosesinin davamı yolunda ən böyük maneənin məhz Ermənistanın aqressiv siyasəti olduğunu İrəvana anlatsın və Paşinyan hakimiyyəti qarşısında sərt tələblər səsləndirsin.

Həmin tələblər sadədir: Ermənistan sülhə mane olmamalıdır.

Bu qədər bəsit.

Elçin Alıoğlu

Trend

Bakıda iki maşın like
  • 05 Mar 20:08  
Digərləri Bakıda iki maşın

Bakıda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

arrow Ətraflı
Step, Çeçetka, Jiqa yoxsa Flamenko like
  • 05 Mar 20:03  
Digərləri Step, Çeçetka, Jiqa yoxsa Flamenko

Bu gözəl rəqsi heyranlıqla izləməyən az adam tapılar. Müasir adı Step

arrow Ətraflı
Qalmaqallı paylaşımın səbəbi bəlli oldu  VİDEO like
  • 05 Mar 19:57  
Şou-biznes Qalmaqallı paylaşımın səbəbi bəlli oldu VİDEO

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa

arrow Ətraflı
Pakistan polisi İmran Xanı həbs etmək üçün iqamətgahına gəlib like
  • 05 Mar 19:46  
Dünya Pakistan polisi İmran Xanı həbs etmək üçün iqamətgahına gəlib

Polis əməkdaşları Pakistanın keçmiş baş naziri və müxalifətdə olan &

arrow Ətraflı
Orqanların satıldığı kənd: Burada çoxlarının böyrəyi yoxdur  FOTO like
  • 05 Mar 19:40  
Digərləri Orqanların satıldığı kənd: Burada çoxlarının böyrəyi yoxdur FOTO

Nepalın Khoksə kəndi "Böyrəklər Vadisi" adlanır. Bütün dünya

arrow Ətraflı
İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı like
  • 05 Mar 19:34  
Dünya İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı

İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıl�

arrow Ətraflı
Prokuror sevgilisinə görə dillərə düşdü, erməni həkimin əlində öldü  FOTO like
  • 05 Mar 19:28  
Digərləri Prokuror sevgilisinə görə dillərə düşdü, erməni həkimin əlində öldü FOTO

Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, s�

arrow Ətraflı
Barış Manço türkləri “barbar” adlandıran fransız diktoru necə susdurub? like
  • 05 Mar 19:17  
Digərləri Barış Manço türkləri “barbar” adlandıran fransız diktoru necə susdurub?

80-ci illərin  ortalarında məşhurluğu ölkəsinin sərhədlərini aşmış

arrow Ətraflı
Qadınları xəstəlikdən qoruyan unikal metod: Dostunuz olsun ki... like
  • 05 Mar 19:11  
Digərləri Qadınları xəstəlikdən qoruyan unikal metod: Dostunuz olsun ki...

Orta yaşda başqaları ilə güclü və isti münasibətləri olan qadınlar qo

arrow Ətraflı
Yaz üçün qarderobunuzda olmalı 5 əsas GEYİM like
  • 05 Mar 19:05  
Digərləri Yaz üçün qarderobunuzda olmalı 5 əsas GEYİM

Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.

arrow Ətraflı
25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU  Hamısı sağdır like
  • 05 Mar 18:54  
Digərləri 25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU Hamısı sağdır

1997-ci ildə Amerikalı MkCaughey ailəsi süni mayalanma etmək qərarına gə

arrow Ətraflı
"Bu gün XankəndiXəlfəliTurşsu yolunda baş verən insident bir daha..." like
  • 05 Mar 18:48  
Siyasət "Bu gün XankəndiXəlfəliTurşsu yolunda baş verən insident bir daha..."

Bu gün Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərb

arrow Ətraflı
İranın ayrıayrı şəhərlərində 1 600dən çox tələbə qız zəhərlənib like
  • 05 Mar 18:44  
Dünya İranın ayrıayrı şəhərlərində 1 600dən çox tələbə qız zəhərlənib

İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum q

arrow Ətraflı
Toyundan qovulan məşhur gəlin indi hardadır?  Çempionun baş tutmayan evliliyi  FOTO like
  • 05 Mar 18:39  
Digərləri Toyundan qovulan məşhur gəlin indi hardadır? Çempionun baş tutmayan evliliyi FOTO

Qaydasız döyüş üzrə dünya çempionu Zaurbek Sidakovun Mədinə Plieva il�

arrow Ətraflı