23 dollara görə 14 il mağarada yaşadı FOTO
Dünya 03 Mar 2023 16:36:00 321 0
Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin sakini 14 il dağda mağarada gizlənib, ancaq onun əzabı bununla bitməyib.
Bu xəbəri də oxu: Bukingem sarayı 3 il müddətinə bağlanır
Məlumata görə, Liu Moufu yanacaqdoldurma məntəqəsini iki şəriki ilə qarət edib. Həmin vaxt kassada cəmi 23 dollara yaxın pul olub. Bununla belə, axtarışlar başlanıb və tezliklə polis çinlinin ortaqlarını taparaq onları həbs edib. Həmin vaxt təxminən 30 yaşında olan Moufu isə qaçmağa qərar verib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, polis onun ailəsini dindirərkən və evində axtarış apararkən Liu günlərlə meşədə gizlənib, nəhayət dağda mağarada məskunlaşıb. O, ovla və giləmeyvə toplamaqla məşğul olub, bəzən kartof, ət götürmək və bir neçə dəqiqə valideynlərini görmək üçün kəndə qayıdıb.
Liunun ailəsi dəfələrlə ondan hakimiyyət orqanlarına təslim olmasını xahiş etsə də, kişi bundan imtina edib. Yalnız bu il o, səfilə çevrildiyini və artıq belə yaşaya bilməyəcəyini anlayıb, belə ki, bu 14 il ərzində atasının yas mərasimini buraxmaq məcburiyyətində qalıb, oğlunun toyunda iştirak edə bilməyib, nəvəsini isə ümumiyyətlə görməyib.
Moufu özü polisi mağaraya aparıb və könüllü olaraq təslim olub.
Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib.
Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qa
Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri
Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi h
Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy
Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.
Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əh
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az
Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.
Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar
Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma fa
"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də
Zəngəzurda əhali arasında evakusiya təlimləri keçirilir.