"Qarabağ münaqişəsi BMTnin daim diqqət mərkəzində olub"
Siyasət 03 Mar 2023 14:31:00 291 0
"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də BMT-nin 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-ə üzv qəbul olunması barədə qətnamə qəbul edildi. Bu qətnamədə BMT-nin bütün üzvləri yekdilliklə səs verdi. Qarabağ münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olub. Münaqişəyə dair Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Təhlükəsizlik Şurasının sədrinin yeddi bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Qarabağın Azərbaycana aid olması təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarında işğalçı qüvvələrin dərhal tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulmuş, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir".
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, BMT-nin qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmədi və Təhlükəsizlik Şurası Ermənistana qarşı hər hansı güc tətbiq etmədi: "Azərbaycan orudusu bu qətnamələri Ali Baş Komandanın rəhbərliyi ilə yerinə yetirdi.
Ümummilli Lider Heydər Əliyevin səfərləri ölkəmiz ilə BMT arasında əlaqələrin dərinləşməsi üçün çox əhəmiyyətli rol oynayıb. 1994-cü ilin sentyabrında Ulu Öndər BMT-nin 49-cu sessiyasında proqram xarakterli nitq söyləmişdi. 1995-ci ildə 156 dövlətin və hökümət başçılarının rəhbərliyi ilə BMT-nin 50 illiyi ilə əlaqədar xüsusi sessiyada Ümummilli Lider çıxış edərək Azərbaycanın haqlı tələbini dünya birliyinin nəzərinə çatdırmışdır.
Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT-nin sistemində olan müxtəlif qurumlarla sıx əməkdaşlıq edirlər. Azərbaycan 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürmüş və qəbul olunmuşdur. BMT ailəsinin tam hüquqlu üzvü olan Azərbaycan dünyada sülhün və təhülkəsizliyin bərqərar edilməsi, xalqların əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə bundan sonra da əlindən gələni edəcək".
Zəngəzurda əhali arasında evakusiya təlimləri keçirilir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici s
Ehtiyacı olan şəxslərin, xüsusilə aztəminatlı vətəndaşların ambulato
Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə
Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin və aidiyyət
Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edər�
"6 ay "Bacanaqlar"a çəkilmişəm. Elməddin Cəfərov mənə ma
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasın�
Rusiyanın Xabarovsk diyarında avtobus sürücüsü yaşlı qadını avtobusdan
Bryansk vilayətinin mərkəzi olan Bryansk şəhəri Rusiyanın Avropadakı his
"Qısqanclıq, paxıllıq bizim sənətdə artıq pik həddə çatıb. Olma
Bakının Yasamal rayonunda "Alatava 1" adlı yaşayış massivində (
"Art-East Media Group" şirkətinin "Avanqard" Kamera Orkest