Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq
Siyasət 03 Mar 2023 15:55:00 301 0
Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu xəbəri də oxu: COPda razılaşdırılan 300 milyard nəyə xərclənəcək?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.
Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan teatrının inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy
Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.
Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əh
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az
Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.
Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar
Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma fa
"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də
Zəngəzurda əhali arasında evakusiya təlimləri keçirilir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici s
Ehtiyacı olan şəxslərin, xüsusilə aztəminatlı vətəndaşların ambulato
Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə
Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin və aidiyyət
Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edər�