3 günlük Bakı dumanı
Digərləri 03 Mar 2023 00:07:00 299 0
Türkiyədəki zəlzələdən sonra əksər vətəndaşlarda fobiya yaranıb. Havanın dumanlı olmasını da zəlzələ öncəsi bir durum kimi qiymətləndirənlər var.
Bu xəbəri də oxu: Bu şəxslər yanvarın 1dən 285 manat alacaq
Bu fobiyadan necə qurtulmalı?
Son.az xəbər verir ki, psixoloq Azad İsazadə Musavat.com-a açıqlamasında bildirib ki, bu məsələyə tam obyektiv qiymət vermək çətindir:
"Çünki yeni yaranmış bir haldır. Sonuncu dəfə 2000-ci ildə zəlzələni yaşamışıq. Həmin vaxt fobiya ilə rastlaşırdıq, amma böyük dağıntı olmadığına və zəlzələ qurbanları praktiki olmadığına görə qorxu hissi tez aradan qalxdı. Biz hazırda fobiyaların ancaq görünən tərəflərini qiymətləndirə bilərik. Sosial şəbəkələrdə daha çox aqressiya ilə rastlaşırıq. Bu da fobiyadan qaynaqlanır, amma daha dərin fobiyaların nümunəsi deyil. Xeyli sayda insan da var ki, biz onları görmürük, reaksiyalarını bilmirik. Depressiya, apatiya, qorxu, həyəcanla yaşayan insanlar da az deyil. Ancaq sosial şəbəkələrdə qorxularını izah etməkdən çəkinirlər. Ona görə də 2 reaksiya ilə rastlaşa bilərik - az miqdarda aqressiya, aktivlik və əksinə, süst, fatalist formada qorxu keçirmək.
Vətəndaşlara nə qədər çox bir-birinə zidd olmayan, obyektiv məlumat verilsə, onlar özlərini nisbətən sakit hiss edərlər. Bakı 3 gün duman içində idi. Amma dumanın səbəblərini heç kim ətraflı izah etmədi. Nəticə göstərdi ki, dumanın zəlzələyə aidiyyəti yoxdur. Amma 3 gün ərzində insanlar o qorxu ilə yaşayırdı ki, birdən zəlzələ olar. Dumanı ilk gündən izah etmək, maarifləndirmə aparmaq lazım idi. Cəmiyyət istəmir ki, Türkiyədəki kimi qəfil yaxalansın. 20 il ərzində yeni tikilmiş binaların dözümlü olub-olmaması hamını narahat edir. Bunu da hansısa formada izah etmək olar. Görsək ki, hansısa orqanlar bu binaların təhlükəsiz olub-olmamasını yenidən yoxlayır, bu, cəmiyyətə rahatlıq gətirə bilər".
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı sakini cinsi əlaqə zamanı ağır xəsarət alıb.
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə s�
Münasibətlərin ardınca həyatına normal davam edə bilən insanlarla yanaş
ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.
Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı
Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hac
Dietoloq İrina Berejneva müsahibəsində bildirib ki,, paketlənmiş müyvə �
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qa
Nəhayət ortaya çıxdı: Gizlədə bilmədilər!
Ermənistanın müdafiə naziri Suren Papikyan bankdan pul götürərək yeni m�