Atasından xəbərsiz ona böyrəyini verdi VİDEO
Digərləri 02 Mar 2023 18:28:00 265 0
Bu xəbəri də oxu: Qanunsuz yolla dərman vasitələrini Azərbaycana keçirmək istədilər
ABŞ-ın Kaliforniya ştatından olan 25 yaşlı Deleyn İvanovski Con adlı atasına gizlicə böyrəyini verib və onun həyatını xilas edib.
Son.az bildirir ki, bu barədə KMOV məlumat yayıb.
Bir il əvvəl Con immunoqlobulin A çatışmazlığından əziyyət çəkməyə başlayıb və bu, immun sisteminin həddindən artıq aktivləşməsinə səbəb olub. Bu da öz növbəsində kişinin böyrəklərinin işinə mənfi təsir göstərib. Con hər gün çoxlu saatlarla dializ keçirməyə başlayıb. "Həmin anda dərhal düşündüm: niyə böyrəyimi ona verməyim?" Deleyn xatırlayıb. Ata qızının təklifindən imtina edib, lakin o, yenə də onun donoru olmaq və transplantasiyadan sonra bu barədə danışmaq qərarına gəlib.
Qız Conun koordinatoru ilə əlaqə saxlayıb və böyrəyini vermək istədiyini bildirib. Səkkiz aylıq gözləmədən və çoxlu müayinələrdən sonra cərrahlar transplantasiyanı uğurla həyata keçiriblər.
Anonim donordan böyrəy aldığına əmin olan Con, Deleyn xəstəxana xalatında otağına girəndə əməliyyatdan sonra sağalırdı. Qızının ona orqan bağışladığını anlayan kişi göz yaşlarına boğulub.
Con etiraf edib ki, onun donoru olmaq qərarına görə Deleynə minnətdardır. Əməliyyatdan sonra onun artıq dializ prosedurlarından keçməsinə ehtiyac qalmayıb. "Əgər bir böyrəyinizi bağışlamaq fikrindəsinizsə, bilin ki, bu, dünyada verə biləcəyiniz ən böyük hədiyyələrdən biridir. Bu, həyat vermək kimidir", - o deyib.
İrfan Vəliyev Son.az
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssa
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə B
Türkiyənin İstanbul şəhərində yeni təhvil verilən mənzildə tavan evd�
Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl b
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 2-də Azərbaycan Respublika
Əlcəzairdə törədilən cinayətləri nəzərə alsaq, Fransa prezidenti Makr
"Qoşulmaq, yoxsa qoşulmamaq?" Çağdaş geosiyasətin inkişaf etmə
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa
Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayı
Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərba
Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayıl
Aktyor Cavidan Novruz atası, Xalq artisti Ramiz Novruza həsr edilən "Xə
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.