Bakı qlobal siyasəti dəyişməyə başlayır
Siyasət 02 Mar 2023 17:21:00 301 0
"Qoşulmaq, yoxsa qoşulmamaq?" Çağdaş geosiyasətin inkişaf etməkdə olan və "Qlobal Cənub" adlandırılaraq "Qızıl Milyard"ın, yəni inkişaf etmiş ölkələrin qarşı düşərgəsində hesab etdiyi dövlətlərin istisnasız olaraq, hamısının üzləşdiyi Şekspir sualıdır.
Bu xəbəri də oxu: Bakıda milyardlıq razılaşma Tarixi uğura
Son.az Trend-ə istinadən xəbər verir ki, Böyük dövlətlərin və qlobal güclərin arasındakı qarşıdurmalara tərəf tutaraq qatılmaq, yoxsa bloklara və supergüclərin idarə etdiyi təşkilatlarla bloklara qoşulmayaraq əksər məqamlar baxımından suveren siyasət yürütmək? Ciddi, çətin və müşkül dilemmadır. Lakin qlobal proseslər və xüsusilə də "soyuq savaş"dan sonrakı hadisələrin məcrası göstərdi ki, böyük gücün maraq orbitinə könüllü şəkildə daxil olaraq həmin gücdən faydalanmağa və öz gücünü artırmağa çalışan dövlətlər sonda uduzur, kəskin itkilərə məruz qalırlar.
Monoqütblü dünyadan iki və üç qütblü geosiyasi düzənə keçid, libertarianlıq və "demokratiya messianlığı"nın real siyasətin çağırışıları ilə tələblərinin konstruksiyaları altında qalaraq əzilməsi beynəlxalq təşkilatları bəlli dövlətlərin əlində oyuncağa çevirib.
Həmin supergüclərin marağının təminatı üçün başda BMT olmaqla, nadir istisnalar şərtilə bütün beynəlxalq təşkilatlar fəaliyyətini sözdə bir, əməldə fərqli formata keçiriblər.
Məhz supergücün istəyindən asılı olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsinə əməl edilməsi proseduru dəyişir.
Əgər həmin güc tələsirsə və ən əsası, beynəlxalq təşkilatı tələsdirirsə, sənəd dərhal qəbul olunur, icra edilir.
Yox əgər supergüc inkişaf etməkdə olan dövlətə ciddi və aşkar təzyiq qismində çeşidli vasitələrə əl atmaq fikrinə düşübsə, qətnamələrin, qərarların və qərardadların icrası onillərlə gecikir. Bəzənsə ümumiyyətlə icra olunmur.
Böyük dövlətlərin farvaterinə düşərək mövqelərini daha səbatlı etmək istəyi isə inkişaf etməkdə olan dövlətlərə baha başa gəlir.
Supergüc belə dövlətlərdən qısamüddətli, yalnız öz merkantil maraqlarının təminatı üçün istifadə edir, sonra unudur. Nəticədə, böyük ümidlərlə "böyük yanında" yer almış dövlət fəlakətlərlə üzləşir. İqtisadi böhranlar, hiperinflyasiya, sosial partlayışlar - bunlar ən mülayim sayılacaq fəsadlardır.
Əksər hallarda isə vətəndaş müharibəsi, ölkənin qan gölünə çevrilməsi və dövlətçiliyin təhlükə altına düşməsi yaşanır.
Mərkəzi Afrika Respublikası, Sudan, Efiopiya, Venesuela, Yəmən, İraq, Suriya, Liviya, Myanma, Liberiya kimi dövlətlərlə yanaşı, çox ciddi geostrateji yanlışlığa yol vermiş dövlətlər arasında Cənubi Amerika, Asiya və hətta Avropadakı bəzi ölkələr də var.
Məhz bu səbəbdən Qoşulmama Hərəkatı müstəqilliyini qoruyaraq inkişaf etmək və qlobal siyasətdə layiq olduğu yeri tutmaq istəyən dövlətlər üçün panaseyaya (Yalançı kimyagərlərdə guya bütün xəstəlikləri sağaldan dərman-red) çevrilib.
Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü isə strukturun fəaliyyətində yeni, yetərincə ciddi mərhələ olacaq.
Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın Vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışı isə təşkalatın son ildə fəaliyyətinin təhlili ilə yanaşı, strukturun üzləşdiyi çağırışlara və qlobal geosiyasətdəki yerinin daha da artmasına yönəlmiş səylərin perspektivinin qısa mündəricatı da sayıla bilər.
"Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik", - deyən Azərbaycan Prezidenti insan sağlamlığının və cəmiyyətinin səhhətinin böyük dövlətlərin inhisarındakı məsələ yox, istisnasız olaraq bütün ölkələrin ədalətli hüququ olduğunu vurğulamış oldu.
Bakının sözü ilə işi arasında fərq yoxdur: Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Eyni zamanda, Hərəkatın institusional inkişafı üçün ilkin olaraq Parlament Şəbəkəsi yaradıldı, qurumun ilk iclası da ötən ilin iyun ayında Bakıda keçirildi.
Amma bu, yetərli deyil.
Son onilliklərdə dünyada "gücü olan haqlıdır" kimi mənhus (uğursuz, bədbəxt-red) prinsip əsasında beynəlxalq təhlükəsizlik arxitekturası faktiki olaraq bilərəkdən ağrılı zərbələrlə dağıdılır.
Hər ölkəyə tərəfdaşları ilə imtiyazlardan və imkanlardan yetərincə yararlanmağa imkan verməli mexanizmlərə əsaslanan beynəlxalq iqtisadi münasibətlər, yəni multilateralizm tarixinin ən ciddi təhdidləri ilə üzləşib.
İnkişaf etmiş ölkələr, transmilli korporasiyalar və bloklar mənefelərinin təminatı üçün bütün vasitələrə əl atır, beynəlxalq hüqunun prinsiplərini heçə sayır, normaları tapdayırlar.
Yaşanan proseslər beynəlxalq düzəni düşərgələrə parçalayaraq dünya siyasətinin əsas varlıq məfkurəsi qismində "bizimlə olmayan bizə qarşıdır" təki təhlükəli, ultimativ narrativi mövcudluq şərtinə çevirməkdədir.
Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə kobud müdaxilələrə az qala adi hala çevrilməkdədir. Başda BMT olmaqla beynəlxalq təşkilatların qərarları ya qulaqardına vurularaq icra edilmir, ya da supergüclərin maraqlarına cavab verirsə, ikili və üçlü yanaşma tətbiq edilərək reallaşdırılmağa başlanır.
İngilis yazıçı Oldos Haksli "Brave New World" satirik antiutopiyasını qələmə alanda təsəvvürünə də gətirə bilməzdi ki, vaxt gələcək Yosihiro Frensis Fukuyama "tarixin sonu çatdı" deyərək Uinston Çörçilin Fulton nitqindən sonrakı "dəmir pərdə"nin məhvini xatırladaraq yeni, bu dəfə legirlənmiş (yüksək keyfiyyətli - red) poladdan "pərdə"lər təklif edəcək.
Birləşmə və tərəfdaşlıq indi parçalanma və qarşıdurma, sülhməramlı siyasət sülh məramının sözdə deyilərək hərbi bazalar yaradıb ölkəni asılı, marionet duruma salmaq taktikası ilə əvəzlənib.
Şərqlə Qərbin qlobal qarşıdurması güclənməkdədir və belə şəraitdə inkişaf etmiş ölkələrdə aylıq 2 min avroluq maaş yetərsiz sayılaraq kütləvi yürüşlərə səbəb olursa, yoxsul dövlətlərdə gündəlik 2 dollarlıq gəlir yerli sakinlərin tam əksəriyyəti tərəfindən uğur hesab edilir.
BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı məhz bu səbəbdən dünya siyasətində çəkisi ilə nüfuzunu daha da artırmalı, proseslərə effektiv təsir imkanlarına yiyələnməli, yeni dünya düzəninin bütün dövlətlərin maraqlarının nəzərə alınması şərtilə formalaşması üçün effektiv addımlar atmalıdır.
Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Bəhs etdiyimiz istiqamətlərdə ilk addımlar qlobal siyasətdə neomüstəmləkəçilik və neoimperializm meyillərinə qarşı mübarizə ilə paralel olaraq BMT-də islahatlara nail olmaqdır.
BMT indiki formatında amorf təşkilata, böyük güclərin əlində təsir və cəza alətinə, "zərurət" yarandıqda isə heç nəyi və heç kimi görməyib eşitməyən struktura çevrilib.
BMT Təhlükəsizlik Şurasının mövcud tərkibi isə situativ qərarların verilməsini ləngidir, mexanizmləri qeyri-işlək vəziyyətdən çıxarmağa imkan vermir.
Ümumiyyətlə, Təhlükəsizlik Şurasının indiki tərkibi çağdaş düzəni əks etdirmədiyindən tərkibin genişlənməyə, o cümlədən, Qoşulmama Hərəkatının strukturda daimi yerlə təmin olunmasına ehtiyacı var.
Həmin yerə Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.
Bundan başqa, BMT Təhülükəsizlik Şurasında Türkiyə və habelə, Afrika qitəsi də təmsil olunmalıdır.
Yaxın Şərqdə ən ciddi regional siyasi-hərbi güc olan Türkiyə ilə "Qara qitə"nin TŞ-də təmsil olunmaması müasir siyasətin nonsesi, BMT-nin amorfluğu və natamamlığının daha bir nümunəsi sayıla bilər.
Qoşulmama Hərəkatının Bakı toplantısı Qərb-Şərq qarşıdurmasını əməkdaşlığa çevirmək çağırışı, habelə, müstəqillik, bərabərlik və maraqlarını qarşılıqlı şəkildə nəzərə alınmasına əsaslanan tərəfdaşlığın zərurətinin vurğulanmasıdır.
Dünya düzəninin yeni siması məhz bu prioritetlər əsasında formalaşmalı, dövlətlərin maraqları ilə millətlərin ehtiyaclarına laqeyd yanaşılmamalıdır.
... Dünya siyasətindəki dəyişiklikləri müsbət istiqamətə yönləndirmək üçün Bakı təkliflərini verdi.
Bu gün "Qlobal Cənub" Bakıda səsini qlobal güclərə çatdırdı.
Azərbaycan bu il təşkilatda sədrliyi Uqandaya verir. Lakin ölkəmiz həm Qoşulmama Hərəkatının tərkibində fəaliyyətini daha da genişləndirəcək, həm də qlobal miqyasda Hərəkatın vuran nəbzi olaraq qalacaq.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa
Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayı
Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərba
Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayıl
Aktyor Cavidan Novruz atası, Xalq artisti Ramiz Novruza həsr edilən "Xə
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,
İsveçli ekoloji fəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən e
Ankaranın Kahramankazan rayonunda avtomobil hissələri istehsal edən zavodda
Müğənni Vüqar Muradov vəsiyyətini açıqlayıb.
Bakıda yaşayan alman əsilli Elnurə Şpannagelin övladlarının adının də