Ziraat Bank Azərbaycan ABA tərəfindən mükafatlara layiq görülüb
Digərləri 02 Mar 2023 18:20:00 312 0
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə Banklar Assosiasiyası tərəfindən iki nominasiya üzrə mükafata layiq görülüb. Bank xüsusilə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi, sahibkarlara və təhsilə verdiyi dəstək üçün asossiasiya tərəfindən fərqləndirilib. Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri və qazilərə, həmçinin talasemiyadan əziyyət çəkən uşaqlara verdiyi dəstək üçün bank "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə mükafatlandırılıb.
Bu xəbəri də oxu: Bu seçki dairələrinin hüdudlarında
Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə də qaliblərdən biri elan edilib.
Qeyd edək ki, "Bankçılıq Mükafatları" tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Türkiyənin İstanbul şəhərində yeni təhvil verilən mənzildə tavan evd�
Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl b
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 2-də Azərbaycan Respublika
Əlcəzairdə törədilən cinayətləri nəzərə alsaq, Fransa prezidenti Makr
"Qoşulmaq, yoxsa qoşulmamaq?" Çağdaş geosiyasətin inkişaf etmə
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa
Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayı
Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərba
Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayıl
Aktyor Cavidan Novruz atası, Xalq artisti Ramiz Novruza həsr edilən "Xə
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.