İrəvana son şans: əks təqdirdə, "onlayn diplomatiya" Ermənistanı "offlayn" edəcək
Siyasət 28 Fev 2023 18:16:00 320 0
Ermənistan artıq pərdələnmiş dmplomatiya oyunlarını dayandıraraq Rusiyadan narazı olduğunu aşkar bəyan edir. Bu, Cənubi Qafqazdakı regional geosiyasi vəziyyəti dəyişməklə yanaşı, ermənilərin vəziyyətini daha da ağırlaşdıra bilər.
Bu xəbəri də oxu: COP29: Tarixdə iz qoyan sammit
Son.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etdi ki, Azərbaycanla imzalanması nəzərdə tutulan yekun sülh sazişinin bir sıra müddəaları ilə bağlı rəsmi Bakı ilə konsensus əldə olunub.
"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi şərtlərdir", - Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.
A.Simonyan daha sonra bildirib ki, "Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir".
O bəyan edib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz: "Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır".
A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır: "Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq həyata keçirilməlidir".
Ermənistanın baş naziri Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyandan sonra Alen Simonyanın da mass-mediaya verdiyi açıqlamalar və sosial şəbəkələrdə paylaşdığı fikirlər vasitəsilə "onlayn diplomatiya" prosedurlarından yararlanmağa çalışması İrəvan üçün pis nəticələr verə bilər.
Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib: "Sülh müqaviləsi layihəsi üzərində işin ilk günündən prosesin modallığı razılaşdırılıb. Bu, ondan ibarət idi ki, vaxtaşırı nümayəndə heyətlərinin görüşləri keçirilir, orada o vaxt mövcud olan layihə müzakirə olunur. Görüşün sonunda fikir mübadiləsi aparılıb. Bu görüşlər faydalıdır - bir gün ərzində ətraflı danışmaq, qarşı tərəfin mövqeyini başa düşmək, arqumentlərinizi dilə gətirmək olar. Belə görüşlər keçirilib, üçüncüsü isə Moskvada planlaşdırılıb. İndi razılaşdırılmış formatın əyani görüşlərlə bağlı elementi çatışmır. Bu prosesi tam "öldürməmək" üçün Azərbaycan tərəfi şərhləri qəbul etməkdən və göndərməkdən imtina etmir. Onlayn diplomatiya şərhlərin verilməsidir. Düşünürəm ki, Ermənistan tərəfi, nəhayət, bu vəziyyətdə bu yanaşmanın qeyri-adekvat olduğunu, bu sənədin mahiyyətini, əhəmiyyətini anlayacaq və danışıqlar masasına qayıdacaq".
Bakıda səfərdə olarkən Rusiyanın XİN başçısı Sergey Lavrov isə İrəvandan səslənən bəyanatlara çox sərt reaksiya verib.
"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək. Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir. Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik", - Lavrov deyib.
Rusiyanın xarici işlər naziri daha sonra söyləyib ki, Avropa İttifaqı (Aİ) Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir - bu da sülh prosesi istiqamətində səy göstərilməsini şübhə altına alır.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov missiyanı uğursuzluq kimi qiymətləndirib: "Aİ missiyası öz nəticəsini vermədi. Üstəlik, biz gördük ki, missiyanın başlaması ilə Ermənistan tərəfinin danışıqlar prosesinin bütün istiqamətləri üzrə mövqeyi daha destruktiv xarakter aldı".
Ceyhun Bayramovun "qeyri-adekvat" adlandırdığı, S.Lavrovun isə "danışıqlar prosesində ciddi maneələr törədən amillərdən biri" kimi dəyərləndirdiyi məsələ Avropa İttifaqının Ermənistana yolladığı müşahidə missiyası (EUMA) adlı heyətdir.
Bir qismi sabiq polislərdən, bir qismi hərbçilərdən və jandarmlardan, yerdə qalanları da Aİ rəsmilərinin "silahsız müşahidəçilər" adlandırdığı şəxslərdən ibarət qrup adi monitorinqlə fəaliyyətini çətin ki, bitmiş hesab etsin.
Rəsmi İrəvan isə bu missiyadan o qədər ruhlanıb və vəcdə gəlib ki, az qala, NATO-ya üzvlüyünün bir addımlığında olduğunu düşünür, daxili auditoriyaya da bravura (gümrahlıq, canlılıq, coşğunluq - red) ruhlu bəyanatlar ünvanlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan hətta "Ermənistanda Rusiyanın hərbi möcudluğu ölkəmizin təhlükəsizliyinə təhdid yaradır" bəyanatını verərək Rusiyanın Gümrüdəki 102-ci bazasının taleyinə "aydınlıq" gətirə biləcəklərinin mesajını vermişdi.
Təbii ki, bu, Moskvanı haqlı olaraq qıcıqlandırıb, çünki Ermənistanın təhlükəsizliyi ümumiyyətlə, Rusiyadan asılıdır və məhz Moskvanın yolladığı hərbçilər Ermənistanın sərhədlərini mühafizə etməklə məşğuldur.
Bakıda C.Bayramovla birgə keçirdiyi mətbuat konfransında N.Paşinyanın bəhs etdiyimiz bəyanatı barədə mövqe bildirərkən S.Lavrovun açıqlaması gözlənilən kimi, sərt oldu: "Bunu onun vicdanına buraxıram".
Rusiya diplomatiyasının rəhbərinin Azərbaycana ikigünlük səfəri, ümumiyyətlə, həm verilən bəyanatlar, həm də verbal olmayan messiclər baxımından çox önəmlidir.
Əvvəla, son illərdə rəsmi Moskvanın Cənubi Qafqazla bağlı diplomatik praktikasında ilk dəfə olaraq Sergey Lavrov zahiri formal müvazinəti qorumaq üçün Bakıdan sonra İrəvana səfər etməyərək birbaşa Moskvaya qayıdacaq.
Onun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi ilə bağlı hələlik heç bir rəsmi açıqlama, hətta iddia belə yoxdur. Son həftələrdə bölgədə yaşanan və bölgəmizdən uzaqlarda regionla bağlı baş verən proseslərin kontekstinə nəzər saldıqda Moskvanın diplomatik fəallığının tərkib hissəsi kimi qəbul olunmamalıdır.
S.Lavrovun Bakıya səfəri və apardığı danışıqlar ilk əvvəl Azərbaycanla Ermənistan arasındakı münaqişənin tam nizamlanması və yekun sülh sazişinin imzalanması istiqamətində Moskvanın malik olduğu imkanları itirməmək istəyidir.
Fransa Prezidenti Emmanuel Makronun uğursuz vasitəçilik cəhdləri, Avropa İttifaqının Bakı-İrəvan danışıqlarında vasitəçilik etməsi və müzakirələri "Brüssel formatı" kimi dəyərləndirilən üçtərəfli müstəviyə çıxarması, təbii ki, Moskvanı narahat edir.
Bu səbəbdən Moskva özünün moderatorluğu ilə müzakirələrin davam etdirilməsində və liderliyin Aİ-yə verilməməsində müstəsna dərəcədə maraqlıdır.
Lakin rəsmi İrəvanın son aylarda Moskvanın ünvanına absurd ittihamlarla çıxış etməsi, Bakı qarşısında marazmatik "şərt"lər qoyması, danışıqlar prosesini mümkün qədər uzatmaq və imkan olarsa, çıxmaza salmaq niyyəti Rusiyada dərhal sezilən ciddi qıcıq yaradıb.
Rusiya Cənubi Qafqazda, cənub geosiyasi sərhədləri boyunca sülhün bərqərar olmasında və stabillikdə maraqlıdır: bölgəmizdəki proseslərdə maraqlarını qorumaq üçün Moskvanın indi əlavə sayılacaq nə maliyyə, nə siyasi, nə də hərbi resursları var.
İrəvanın Qərbdəki "hami"lərinə güvənərək Rusiyaya az qala meydan oxuması və yekun sülh sazişinin imzalanması trekində əlavə əngəllər yaratmaq cəhdlərindən dolayı, rəsmi Moskva sözügedən sənədin təməl prinsiplərini Bakı ilə müzakirə edərək razılaşdırmaq niyyətindədir.
Yekun sülh sazişinin əsas parametrləri ilə bağlı qarşılıqlı razılaşma əldə ediləndən sonra Moskva həmin tezislərlə İrəvanı tanış edəcək və belədə Ermənistan onun aktiv iştirakı olmadan hazırlanmış fəaliyyət planının ilkin variantı ilə preventiv yox, postfaktum üzləşəcək.
Moskvanı anlamaq olar, anlamalıyıq da: Rusiyanın "səbr kasasını" daşdıran son damla Ermənistanın üçtərəfli görüş və müzakirələr (Azərbaycan, Rusiya, Ermənistan) formatını birtərəfli qaydada pozaraq bütün ümidlərini Avropa İttifaqına bağlaması, gözləntilərini isə Fransaya ünvanlaması oldu.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ilin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulmuş üçtərəfli görüşdən imtina etdiyini Rusiya XİN-nə diplomatik kanallarla çatdırmaq əvəzinə, "onlayn diplomatiya"nı seçərək Ermənistan mediasına açıqlamalar verməklə işini bitmiş hesab etmişdi.
Bu, diplomatik etiketin və dövlətlərarası münasibətlərin yazılmamış postulatları ilə yazılı qaydaların kobud şəkildə pozulması idi.
Rusiyanın XİN-i sözçü Mariya Zaxarovanın vasitəsilə "Ermənistan imtinası barədə qərarını bizə adi, normal vasitələrlə çatdıra bilərdi, amma İrəvan bunu etmədi" deyərək kəskin narazılığını gizlətməmişdi.
2023-cü ilin əvvəlindən bəri isə N.Paşinyanın komandası Rusiya ilə gərginləşmiş münasitbətləri normallaşdırmaq üçün cüzi də olsa, addım atmayıb.
Daha sonra Aİ missiyasının Ermənistana yollanması, Avropa İttifaqının bu qərarının Bakıda və Moskvada antipatik reaksiyaya səbəb olması da diqqətdən yayınmalı məqam deyil.
Rusiyalı siyasi analitiklər hesab edirlər ki, sözügedən missiya, əslində, Ermənistana anti-Rusiya qüvvəsinin yeridilməsi, Azərbaycanla sülh danışıqlarında bilərəkdən süni maneələrin yaradılması, Rusiyanı müzakirələrdən kənarlaşdırmaq cəhdi və ən nəhayət, Ermənistanın silahlı qüvvələrinə müharibə hazırlığı təlimlərini yaxınlaşdırmaqdır.
Azərbaycan təki Rusiya da Cənubi Qafqazda yeni müharibənin başlanmasını istəmir.
Əgər rəsmi Bakının bu mövqeyi mövcud problemləri sülh danışıqları vasitəsilə, beynəlxalq hüquq çərçivəsində həll etmək istəyidirsə, Rusiya İkinci Qarabağ Müharibəsini kapitulyasiya ilə başa vurmuş Ermənistanın dövlətçilikdən, ümumiyytələ, məhrum ola diləcəyinin fərqindədir.
Rusiya hələ ki, Ermənistana son ciddi xəbərdarlığını etdi.
Paşinyan hakimiyyətinin anarxosindikalizm qoxulu siyasət yürüdən komandasında özünümüdafiə instinkti varsa, Bakıda səslənən bəyanatlardan mütləq nəticə çıxarmalıdır.
Onlar üçün nə qədər çətin olsa da...
Azərbaycanlı müğənni Nəvai Bəkirov Rusiyanın məşhur ulduzu Lolita Mily
Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Laçın yolundan m
Amerikalı pilot abunəçilərə "Boeing 787" təyyarəsi ilə onlayn
Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparat�
Tovuz rayonunda 1992-ci il təvəllüdlü Əmir qısqanclıq zəminində həyat
Tarif (qiymət) Şurasının 28 fevral 2023-cü il tarixində növbəti iclası
"Walt Disney"in ən uzunömürlü ssenaristi, animator, rejissor, prod
Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar. Sumqayı
Britaniyanın Horsham şəhər sakininin 2020-ci ilin sentyabr ayından bəri 7
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Re
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
Ac Komodo əjdahası bir anda bütöv bir qabanı udub.
Britaniya Lordlar Palatasının üzvü, ermənidən artıq erməni olması ilə
Lavrovun iki günlük Bakı səfəri bu regionla bağlı bir çox təzadlı məq