Rusiya Paşinyanı HƏDƏLƏDİ Bakıdan İrəvana göndərilən


Siyasət 28 Fev 2023 17:09:00 267 0

Rusiya Paşinyanı HƏDƏLƏDİ  Bakıdan İrəvana göndərilən

Lavrovun iki günlük Bakı səfəri bu regionla bağlı bir çox təzadlı məqamlara yenidən işıq tutmaq baxımından Azərbaycan üçün faydalı oldu. Əslində öncədən də Rusiya Xarici işlər nazirinin Azərbaycana gəliş səbəbini təxmin etmək olurdu. 

Sergey Lavrovun Bakı səfəri öncəsi regionda və qlobal miqyasda baş verən geosiyasi prosesələr bu mənada XİN başçısının Azərbaycana hansı məqsədlər üçün göndərildiyinə eyham vururdu. 

Doğrudur, 1 il əvvəl Bakı ilə Moskva arasında dövlət başçılarının iştirakı ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb. Lavrovun Bakıya gəlişini Bəyannamənin ildönümü münasibətilə tərtib edilən bayram protokolu kimi qəbul etmək də olar, etməmək də. Çünki bu səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələlərin gündəmi zəbt etdiyini nəzərə alsaq, bəyannamə məsələsi bir qədər konteksdən çıxmış sayıla bilər.

Lavrovu Bakıya gətirən... :

1. Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki rolunun artırması

2. Rusiyanın Cənubi Qafqazdan və Bakı ilə İrəvan arasındakı danışıqlar prosesindən sıxışdırılıb çıxarılmaq cəhdləri

3. Son proseslər fonunda Kremlin İrəvanı cəzalandırmaq planı 

Hadisələrin bu cür inkişafı isə tamamilə Bakının əlini gücləndirir. Belə ki, Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, üstəgəl Azərbaycanla münasibətlərdə sülh gündəliyindən yayınması Bakı-Moskva xəttinin bir-birinə yaxınlaşmasına gətirib çıxarır ki, nəticə etibarı ilə Rusiyada yaxın vaxtlarda Ermənistanı cəzalandırmaq sindromlarını aşkar etməyimizə imkan yaradır.

Bu gün Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı etdiyi açıqlamalardan da aydın hiss olundu ki, Vaşinqtonun Aİ vasitəsi ilə sülh gündəliyini ələ keçirmək cəhdləri, İrəvanın vasitəçiliyi ilə Moskvanın regiondan sıxışdırılmaq planları Kremli bərk qıcıqlandırır və bu, Moskvaya bəhanələr verir ki, adekvat addımlar barədə düşünsün.

Rusiya belə görünür Ermənistanı cəzalandırmaq üçün elə məhz Azərbaycanla münasibətlərə, proseslərə yenidən çəki-düzən verməklə nail olmaq niyyətində.

Məsələn, Lavrov Bakıya yola düşməmişdən qabaq Azərbaycanla Avropa İttifaqı missiyası məsələsində ortaq maraqları olduğu, Ruben Vardanyanın istefaya göndərilməsinin Bakıda müsbət qarşılanacağı öncədən bəlli idi. 

O da istisna edilmir ki, Ruben Vardanyanın qondarma rejimin "dövlət naziri vəzifəsindən" azad olunması məsələsini ola bilsin ki, Moskva müəyyən qədər Rusiya tərəfindən Azərbaycana qarşı atılmış jest kimi təqdim etmək istədi. Təbii ki, bunun qarşılığında Moskvanın da gözləntiləri var. Konkret desək, Lavrov Bakıya yola düşməmişdən qabaq Azərbaycanla Avropa İttifaqı missiyası məsələsində ortaq maraqları, Ruben Vardanyanın istefaya göndərilməsi və s. məsələlərin "papka"sında gətirdi artıq məlum idi.

Bəs Moskvanın Bakıdan gözləntiləri:

✔️ Rusiya Azərbaycandan bunların əvəzinə Aİ missiyasına qarşı çox sərt mövqe nümayiş etdirməsini gözləyir

✔️Ermənistanla Azərbaycanın hansı şəkildə yaxınlaşmasını və ya hansısa ortaq bir məxrəcə gəlməsinin qarşısını almaq istəyir

✔️Ukrayna ilə apardığı müharibənin miqyası böyüyərsə, regional və yaxud qlobal xarakter alarsa, "müttəfiq dövlət" kimi Azərbaycanın qarşısına müəyyən öhdəliklər qoyub, öz tərəfinə çəkmək niyyətindədir

Bu gün Moskvanın İrəvandan nə qədər incik olduğunu gördük. Lavrov Bakıdan Ermənistan üçün xoş olmayan mesajlar verdi. "Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı son bəyanatları nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, Ermənistan üçün təhdid yaradır", - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında Ermənistanı təhdid etməkdən də çəkinmədi. Lavrov açıqlamasının ardında "Bu açıqlamanı tamamilə onun vicdanına buraxıram", - deməklə Ermənistanın bu zamana kimi daxili və xarici təhlükələrdən əsas təhlükəsizlik zəmanətçisi kimi məhz Rusiyanın önəmini ön plana çəkmiş oldu. Konkret desək, Lavrovun əlində əlac olsaydı Bakıdan Ermənistana deyərdi ki, "siz kimsiniz e".

Amma Ermənistandan da Lavrovun bəyanatlarına reaksiya özünü çox gözlətmədi. Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, "Rusiya Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini açıq şəkildə bəyan etməlidir". Daha dəqiq desək, Simonyan da eyni ilə Moskvaya mesaj vermək istədi ki, sən indi heç öz təhülkəsizliyini təmin edəcək gücdə deyilsən, qaldı ki, Ermənistanın. Bunu etiraf edəcək cürətin çatırsa, çıx etiraf et.

"Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir", - deyən Simonyan bu fikirləri ilə bir daha təsdiqləmiş oldu ki, Ermənistan üçün Rusiya kitabı artıq bağlanıb. Rəsmi İrəvan Rusiyanın orbitindən çıxmaqda, onun silahlı birləşmələrinin Qərbin silahlıları ilə əvəzlənməsində çox qətidir. 

QARŞILIQLI İTTİHAMLAR...

Vəziyyətin bu həddə çatması deməyə əsas verir ki, Moskva ilə İrəvanın ulduzları yaxın 2-3 il ərzində barışacaq kimi görünmür. Bir-birinə qarşı artıq diplomatlar səviyyəsində aqresiya nümayi etdirən hər iki tərəf arasında bundan sonra siyasi əlaqələrin normal qalacağı ehtimalları hər gün azalır. 

Belə bir vəziyyətdən Azərbaycan karlı ayrıla bilər. Nəzərə alsaq ki, Rusiya sülhməramlı kontingenti hələ qarşıdakı 2 il ərzində Qarabağın dağlıq hissəsində fəaliyyətlərini davam etdirəcəklər, o zaman həmin ərazilərdə bir çox məsələləri Bakının istədiyi şəkildə həll etmək üçün münbit şərait ortaya çıxa bilər. Azərbaycan daha 10 noyabr üçtərəfli bəyanatı ilə Ermənistanın götürdüyü öhdəliklərindən yayınması üçün İrəvana verdiyi manipulyasiya imkanları kimi Rusiyanın yenidən yalan vədlərlə Bakının gözünə kül üfürməsinə fürsət tanımamalıdır.

Lavrovun Bakı səfərinin səbəbləri və Kremlin nə istəməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan yaxın zamanlarda Laçın yolunun giriş-çıxışında sərhəd və gömrük xidmətini yaradıb Ermənistanı, ona havadarlıq edən Qərbdəki ermənipərəst qüvvələri, eləcə də kontingentinin ərazidə "xidmətini" davam etdirdiyi Rusiyanı fakt qarşısında qoymalıdır. Çünki bu saatdan sonra gerisi təfərrüat...

Təhməz Əsədov Son.az

Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi  SƏRƏNCAM like
  • 28 Fev 17:08  
Siyasət Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi SƏRƏNCAM

Prezident İlham Əliyev S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali M

arrow Ətraflı
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər müəyyənləşdi like
  • 28 Fev 17:06  
Siyasət Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər müəyyənləşdi

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər mü�

arrow Ətraflı
“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş” like
  • 28 Fev 17:02  
Digərləri “Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Ba�

arrow Ətraflı
Buzovnada qanunsuz tikilən iki tikili söküldü  FOTO like
  • 28 Fev 16:55  
Digərləri Buzovnada qanunsuz tikilən iki tikili söküldü FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşı

arrow Ətraflı
Ağalı kəndinə növbəti köç  FOTO like
  • 28 Fev 16:54  
Digərləri Ağalı kəndinə növbəti köç FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdı

arrow Ətraflı
Emma yaşadığı binadan narazılıq etdi: "Su, qaz və işıq yoxdur"  VİDEO like
  • 28 Fev 16:11  
Şou-biznes Emma yaşadığı binadan narazılıq etdi: "Su, qaz və işıq yoxdur" VİDEO

"Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti Süleyman Vəzir

arrow Ətraflı
Elçin Əlibəyli də “Space”dən getdi like
  • 28 Fev 15:58  
Şou-biznes Elçin Əlibəyli də “Space”dən getdi

"Space" TV-dən ayrılan daha bir şəxs, sənətşünaslıq üzrə f

arrow Ətraflı
3+3 formatı diqqətimizdədir  Lavrov like
  • 28 Fev 15:49  
Siyasət 3+3 formatı diqqətimizdədir Lavrov

3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) d

arrow Ətraflı
Tanınmış türk aktyoru vəfat etdi like
  • 28 Fev 15:38  
Şou-biznes Tanınmış türk aktyoru vəfat etdi

Türkiyəli aktyor Kazım Akşar vəfat edib.

arrow Ətraflı
"Paşinyanın son açıqlamalarını tamamilə onun vicdanına buraxıram" like
  • 28 Fev 15:36  
Siyasət "Paşinyanın son açıqlamalarını tamamilə onun vicdanına buraxıram"

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi

arrow Ətraflı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xidmətləri “Bakı KOB evi”ndə like
  • 28 Fev 15:22  
Digərləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xidmətləri “Bakı KOB evi”ndə

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yükdaşıma

arrow Ətraflı
Twitter”də yeni rejim qurulur like
  • 28 Fev 15:16  
Digərləri Twitter”də yeni rejim qurulur

Amerikalı milyarder İlon Mask "Twitter" şirkətində bir neçə lay

arrow Ətraflı