“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”


Digərləri 28 Fev 2023 17:02:00 371 0

“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi yekunlaşmaq üzrədir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkən iş adamı Akif Qurbanov dindirilib.

O məhkəmədə deyib ki, Mövlam Şıxəliyevlə toy məclisində söz-söhbətləri olub və 3 gün sonra zəng edərək onu MTN-ə çağırıblar: "Zəng gələndə dedim ki, mənim MTN-də nə işim var? Dedilər ki, çağıran Vüsal Ələkbərovdur. Növbəti gün MTN-ə getdim. Məni apardıqları otaqda bir nəfər mənə tərs-tərs baxırdı. Soruşdum ki, sən "nemes"sən? "Yox" deyib söyüş söydü. Sonra məni öz otağına apardı. Orada şirkətlərimi saymağa başladı. Axşam 7-yə qədər saxladılar, "povestka" verib buraxdılar. Səhəri gün yenə çağırdılar. Bu dəfə Mövlam Şıxəliyevin yanına apardılar. Uzun söhbətimiz oldu. Oradan isə köməkçisi Təhsin Ağayevin yanına apardılar. O dedi ki, bu gün Eldar (o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovu nəzərdə tutur - red) müəllimin oğlunun toyudur. Səni mənə tapşırdı. Bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər. Mən isə dedim ki, hərənizə 10 min manat verə bilərəm. Axşam məni azad etdilər. Səhər ailəmlə Dubaya getdim, 4 ay xaricdə qaldım. Bu müddətdə hər gün bir oğlumu MTN-ə çağırıb incidirdilər. Oğlanlarımla razılığa gəldilər. Vüsal Ələkbərova 1 milyon dollar verdik. Pulu verəndə dedi ki, bu işdən kimsə xəbər tutsa, sən də, oğlanların da həbsə gedəcəksiz".

Zərərçəkən məhkəmədən xahiş edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun cəzaları 12 ildən 14 ilə qaldırılsın, ona vurulan ziyan ödənilsin.

Digər zərərçəkən Hüseyn Səfərov isə ifadəsində bildirib ki, evlərini satıb pullarını Mövlam Şıxəliyevə verdiyinə görə kirayələrdə yaşayır: "Bunlar mütəşəkkil dəstədirlər, məndən 2 milyon pul alıblar. Hərbi Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyevin vəkili gəlib dedi ki, səs-küy salma, Eldar Mahmudov 3 nəfərin - sənin, Əfsəl Həsənəliyevin və Zaur Əliyevin pullarını ödəyəcək. Bunu Mövlam Şıxəliyev də təsdiqlədi. Dedi ki, kişinin sözü bir olar. 2 ay keçdi, kişinin sözü bir olmadı. Bizə vurulan ziyanın ödənilməsini və dördünə də ən yüksək həddə cəza təyin olunmasını tələb edirəm".

Daha sonra zərərçəkən Zaur Əliyev dəlillərlə çıxış edib: "MTN-in arxasında poliklinika var. Pullar poliklinikanın qarşısında alınırdı. Oranın kameraları vasitəsilə də pul alınması prosesi izlənilirdi. Hətta pulu alıb MTN binasındakı kabinetə aparan adamı belə izləyirdilər. Çünki onlar özlərinə belə inanmırdılar. Baş Prokurorluğun İstintaq İdarəsi bu məsələləri araşdırmayıb. Zərərçəkənlərdən birinin 8 milyon pulu 8 televizor qutusunda MTN binasına gətirilib. Bu pullarla bağlı formal da olsa, hər hansı istintaq hərəkəti həyata keçirilməyib. Bu mütəşəkkil dəstənin başçısı Eldar Mahmudov olub. Mövlam Şıxəliyev sadəcə icraçıdır. Eldar Mahmudovdan prokuroru da, hakimi də, notariusu da, məmuru da qorxub. Adı gələndə belə deyirdilər ki, onun adını çəkmə".

Daha sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. O bildirib ki, müvəkkilinin əməlində cinayət sıfra bərabərdir: "Mövlam Şıxəliyevə məxsus üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Ailə üzvlərinə aid pay torpağı müsadirəyə götürülüb. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu ilə birlikdə mebel biznesi ilə məşğul olub. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. O, Səbail rayonu ərazisində məhz Aybəniz xanımın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar alıb. Amma həmin əmlakların yarısı müsadirəyə götürülüb. Halbuki Mövlam Şıxəliyevin əməlində həmin dövrə aid hər hansı bir ittiham yoxdur. Ətraflı

Dövlət qanunu işgəncəyə çevirə bilməz. Xahiş edirəm ki, müşavirə otağında bu nüanslara baxın və ədalətli qərar çıxarın. 5-10 ildən sonra deyəcəklər ki, hakim İlqar Murquzov Mövlam Şıxəliyevin 70 illik əmlaklarını müsadirə elədi".

Daha sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. Prokuror Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır. Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.

İş üzrə qərarın növbəti prosesdə - martın 6-da elan olunacağı gözlənilir.

Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Ötən ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Generalın 7,7 milyon manatlıq əmlakı müsadirə edilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Buzovnada qanunsuz tikilən iki tikili söküldü  FOTO like
  • 28 Fev 16:55  
Digərləri Buzovnada qanunsuz tikilən iki tikili söküldü FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşı

arrow Ətraflı
Ağalı kəndinə növbəti köç  FOTO like
  • 28 Fev 16:54  
Digərləri Ağalı kəndinə növbəti köç FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdı

arrow Ətraflı
Emma yaşadığı binadan narazılıq etdi: "Su, qaz və işıq yoxdur"  VİDEO like
  • 28 Fev 16:11  
Şou-biznes Emma yaşadığı binadan narazılıq etdi: "Su, qaz və işıq yoxdur" VİDEO

"Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti Süleyman Vəzir

arrow Ətraflı
Elçin Əlibəyli də “Space”dən getdi like
  • 28 Fev 15:58  
Şou-biznes Elçin Əlibəyli də “Space”dən getdi

"Space" TV-dən ayrılan daha bir şəxs, sənətşünaslıq üzrə f

arrow Ətraflı
3+3 formatı diqqətimizdədir  Lavrov like
  • 28 Fev 15:49  
Siyasət 3+3 formatı diqqətimizdədir Lavrov

3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) d

arrow Ətraflı
Tanınmış türk aktyoru vəfat etdi like
  • 28 Fev 15:38  
Şou-biznes Tanınmış türk aktyoru vəfat etdi

Türkiyəli aktyor Kazım Akşar vəfat edib.

arrow Ətraflı
"Paşinyanın son açıqlamalarını tamamilə onun vicdanına buraxıram" like
  • 28 Fev 15:36  
Siyasət "Paşinyanın son açıqlamalarını tamamilə onun vicdanına buraxıram"

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi

arrow Ətraflı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xidmətləri “Bakı KOB evi”ndə like
  • 28 Fev 15:22  
Digərləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xidmətləri “Bakı KOB evi”ndə

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yükdaşıma

arrow Ətraflı
Twitter”də yeni rejim qurulur like
  • 28 Fev 15:16  
Digərləri Twitter”də yeni rejim qurulur

Amerikalı milyarder İlon Mask "Twitter" şirkətində bir neçə lay

arrow Ətraflı
Ebru Yaşar bu FOTOdakı ataya ev bağışladı like
  • 28 Fev 15:05  
Şou-biznes Ebru Yaşar bu FOTOdakı ataya ev bağışladı

Kahramanmaraşda dağıntılar altında qalan qızının əlini buraxmayan Mesut

arrow Ətraflı
Rayonlara qatar reysləri nə vaxt bərpa ediləcək? like
  • 28 Fev 14:54  
Digərləri Rayonlara qatar reysləri nə vaxt bərpa ediləcək?

Sərnişin qatarlarının ölkədaxili hərəkəti artıq üç ildir ki, məhdud

arrow Ətraflı
Məşhur repçi əməkdar artistin OĞLU İMİŞ like
  • 28 Fev 14:48  
Şou-biznes Məşhur repçi əməkdar artistin OĞLU İMİŞ

"Caspian Clan" ləqəbi ilə məşhurlaşan repçi Emil Hüseynov əm�

arrow Ətraflı