Dünyada ən çox nümayiş olunan filmimiz
Digərləri 26 Fev 2023 23:29:00 305 0
Azərbaycanın xarici ölkələrdə ən çox nümayiş olunan filmi Üzeyir Hacıbəylinin əsəri olan "Arşın mal alan" filmidir.
Bu xəbəri də oxu: “Buta Palace”da toy etmişdilər, boşananda "İphone" davası etdilər
Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, film dünya xalqlarının dilinə tərcümə edilərək 130-dan çox ölkədə nümayiş etdirilib.
"Arşın mal alan" bir neçə dəfə ekranlaşdırılıb. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkiliblər.
II Dünya müharibəsi illərində SSRİ-də "Arşın mal alan" bədii musiqili filminin çəkilişlərinə başlanıb və film 1945-ci ildə ekranlara buraxılıb.
1965-ci ildə "Azərbaycanfilm" kinostudiyasında "Arşın mal alan" bədii filmi ikinci dəfə rəngli şəkildə çəkilib.
"Arşın mal alan"ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılıb. Əsər 1915-ci ildə Tbilisidə eyni gündə dörd yerdə, dörd dildə - Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.
Qeyd edək ki, "Arşın mal alan" böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlayıb və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlayıb.
Yaxşı yuxu həm də yaxşı ömür deməkdir və yuxu nə qədər yaxşı olar
NATO müharibə bitdikdən dərhal sonra Ukraynanı üzvlüyə qəbul etməlidir
Ukraynada 12 aylıq müharibə zamanı nəinki çoxlu sayda rus əsgəri həlak
"ABŞ-ın mövcud borc vəziyyəti narahatlıq doğurur. Bu, Birləşmiş �
Misir xarici işlər naziri Sameh Şükrü 10 il sonra Türkiyəyə səfər edə
Roma Papası Fransisk ənənəvi bazar günü duası zamanı Rusiyanın və Ukra
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun qalibi olub.
AB doğru məlumatın avropalıların hakimiyyətə münasibətini dəyişəcəy
Estoniya Ukraynaya yeni hərbi yardım paketi verib.
"Artıq Rusiya Federasiyasının parçalanması başlayıb.
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fev
Moskvanın "Aviapark" ticarət mərkəzində "Özəl Hərbi Şirk
"Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisində