Rusiya bir ildə müharibəyə NƏ QƏDƏR PUL XƏRCLƏYİB?
Dünya 26 Fev 2023 23:15:00 360 0
Ukraynada 12 aylıq müharibə zamanı nəinki çoxlu sayda rus əsgəri həlak oldu, hətta bütün ordular məhv edildi. Onilliklər ərzində təlim keçirən ordu itirilib. Artıq Rusiyanın bir il əvvəl Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayan qoşunları yoxdur. Onlar yeni səfərbər edilmişlərlə, keçmiş məhbuslarla və anbardan çıxarılan köhnə avadanlıqlarla əvəz olunub. Yenilməz "dünyanın ikinci ordusu" mifi məhv edilib.
Bu xəbəri də oxu: Bu ölkə tamamilə yox olmaq ərəfəsindədir
Son.az xəbər verir ki, bunu "Forbes" yazıb.
"Forbes"ın hesablamalarına görə, Rusiya müharibəyə bir ildə 114,4 milyard dollar (ayda təxminən 10 milyard dollar) xərcləyib. Bu, 2021-ci il üçün Rusiya büdcəsinin bütün gəlirlərinin üçdə birini təşkil edir.
Bu məbləğə yalnız müharibənin birbaşa xərcləri daxildir, Rusiyanın sanksiyalardan və iqtisadi təcriddən məruz qaldığı iqtisadi və dolayı itkiləri nəzərə almır.
114,4 milyardın böyük hissəsi ordunun təminatına xərclənib - bir ildə 36 milyard dollar. Hərbçilərin maaşı 24,7 milyard dollar olub. Rusiya hökumətinin ölənlərə və yaralılara ödədiyi təzminatın məbləği isə hətta maaşların məbləğini üstələyib - 29,1 milyard dollar.
Ölən hər bir rus əsgərinin (fevral 23-nə olan məlumata görə 145 850 nəfər)ailəsinə 7,4 milyon rubl təzminat ödənir (təxminən 110.000 ABŞ dolları). Yəni müharibənin birinci ilində həlak olan ruslara verilən təzminatın ümumi məbləği 1 trilyon rublu ötür.
Ətraflı Eyni zamanda, Rusiya üçün canlı qüvvə itkisi fəlakətli həddə çatıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, 2023-cü il yanvarın 24-dən fevralın 24-dək 23 680 rusiyalı döyüş meydanlarında məhv edilib. Bu, ötən ilin yayında Rusiya Federasiyasının orta itkilərindən dörd dəfə çoxdur.
Bundan əlavə, Rusiya Avropanın ən böyük zirehli hərbi birləşməsini - Birinci Tank Ordusunu ititib. Ümumilikdə müharibə başlayandan bəri 3350 rus tankı məhv edilib. Eyni zamanda, "The Military Balance"in məlumatına görə, işğalın əvvəlində Rusiyada cəmi 3330 tank var idi. Açıq mənbələrə görə, bu müddət ərzində Rusiya 1800-ə qədər tankı yenidən açıb-yığa bilərdi. Eyni zamanda, bütün ən yaxşı nümunələr dərhal cəbhəyə göndərilib.
"ABŞ-ın mövcud borc vəziyyəti narahatlıq doğurur. Bu, Birləşmiş �
Misir xarici işlər naziri Sameh Şükrü 10 il sonra Türkiyəyə səfər edə
Roma Papası Fransisk ənənəvi bazar günü duası zamanı Rusiyanın və Ukra
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun qalibi olub.
AB doğru məlumatın avropalıların hakimiyyətə münasibətini dəyişəcəy
Estoniya Ukraynaya yeni hərbi yardım paketi verib.
"Artıq Rusiya Federasiyasının parçalanması başlayıb.
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fev
Moskvanın "Aviapark" ticarət mərkəzində "Özəl Hərbi Şirk
"Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisində
Rusiyanın Smolensk vilayətində sərxoş ana üç aylıq oğlunu öldürüb.
Ukrayna Baş Qərargahı: "Fevralın 20-dən 22-dək 200-ə yaxın "va