Ukrayna Baş Qərargahı: “Fevralın 20dən 22dək 200ə yaxın “vaqnerçi” zərərsizləşdirilib”
Dünya 26 Fev 2023 22:12:00 311 0
Ukrayna Baş Qərargahı: "Fevralın 20-dən 22-dək 200-ə yaxın "vaqnerçi" zərərsizləşdirilib" Fevralın 20-dən fevralın 22-dək Baxmut istiqamətində Vaqner özəl hərbi şirkətinin 200-ə yaxın muzdlusu, fevralın 22-dən 24-dək isə Verxnetoretski rayonunda 30-dək səfərbər edilmiş hərbçilər məhv edilib.
Bu xəbəri də oxu: Kluba əylənməyə gedən 17 yaşlı qız ÖLDÜ atası müğənnidir
Son.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının müntəzəm xülasəsində bildirilib.
Məlumata görə, muzdluların meyitləri ekspertizadan sonra yük maşınları ilə Rusiyaya aparılıb.
Qeyd edək ki, "Vaqner" ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda "Putinin aşpazı" kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında "Vaqner" ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa "Vaqner" muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan Qarabağ sülh d
Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dra
ABŞ Krımın ələ keçirilməsində Ukrayna prezidenti Vladimir Zelenskinin g�
Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rusiya hərbçiləri xey
Dietoloq Ginzburq qızartma üçün ən yaxşı yağı hansı olduğunu açıqla
Türkiyədə baş verən zəlzələdə magistral yollarda ciddi yarıqlar əməl
2019-cu ildə "Yeni müharibə və yeni ərazilər" deyə, Azərbaycan
Somalidə Afrika İttifaqının missiyası vertolyot qəzasına uğrayıb.
Bütün peşələrin öz çətinliyi var. Ancaq elə sahələr var ki, onlar dah
Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı man
Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik
"SSRİ dağıldıqdan sonra Qərb ölkələri Rusiya ilə tərəfdaşlıq m
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəl