Korotçenko: “Dövlət Duması Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımalıdır”
Siyasət 26 Fev 2023 20:05:00 348 0
"Bu gün təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək deyil, həm də bu cinayəti rəsmən soyqırımı kimi tanımaq lazımdır. Mən Dövlət Duması tərəfindən müvafiq qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə imkan verəcək ki, Rusiya ərazisində olan bu dəhşətli cinayətin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına başlasın".
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az "Report"-a istinadən xəbər verir ki, bunu hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.
Ekspert qeyd edib ki, əmr verən və icra edən erməni siyasətçiləri, hərbçiləri və rəhbərləri də cəzalandırılmalıdır. Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyət tarixinin sağalmayan yaralarından biridir və heç vaxt unudulmamalıdır.
"Bu, Yaxın Şərqdən SSRİ ərazisinə gəlmiş erməni silahlı dəstələri və terrorçuları tərəfindən törədilmiş Azərbaycan xalqının soyqırımıdır. Rusiyanın ekspert icması adından, bir milyon rusiyalı adından Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Biz bu faciəni xatırlayır, sizinlə birlikdə yas tuturuq. Biz erməni cinayətkarlarının cəzalandırılmasını tələb edirik", - Korotçenko vurğulayıb.
"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 23-cü turunda
Həkim Anastasiya Zavorotnyuk beyin xərçənginin müalicəsində inqilabi üsu
İranın İqtisadiyyat naziri Ehsan Xanduzinin jurnalistın sualına cavabı gü
Amerikalı fitnes ustası Keyt Meyer evdə məşq etmək üçün 5 ən effektli
Səudiyyə Ərəbistanının xarici işlər naziri Ukraynaya səfər edib.
Rusiyanın raket hücumlarının tezliyinin azalması düşmənin ukraynalılar�
İsveçin Təhlükəsizlik Polisi (SÄPO) PKK-nın digər ölkəyə qarşı təx
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə
İnsanlar həyatları boyu azı bir dəfə də olsun mənəvi boşluğa düşür
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırım�
Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində yaşayış
Bəzən həyat bizə qarşı tamamilə ədalətsizdir. Çoxları bunu tale adlan
Yevlaxda arvadını öldürən Anar Salmanovun cinayət işi üzrə ibtidai isti