Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi, sonra...
Dünya 25 Fev 2023 22:12:00 328 0
Videobloger Aleksey Stolyarov məşhur yutuber Yuri Dudun İnstaqramda Putinin "qanlı müharibəsi" ilə bağlı paylaşımını bəyənib.
Bu xəbəri də oxu: Kremldən Trampın görüş tələbiylə bağlı açıqlama
Son.az Musavat.com-a istinadən xəbər verir ki, istifadəçilərdən biri Alekseyi ağır ifadələrlə satqın adlandırıb. Stolyarov həmin bəyənməni silib və onu təhqir edənləri "Z-Zibil" adlandırıb. Daha sonra Aleksey ümumiyyətlə heç nəyi bəyənmədiyini və heç kimə heç nə yazmadığını bildirib.
"Özünüzü fotoşop ilə manipulyasiya etməyə imkan verməyin. Hamını qucaqladım!", - Stolyarov yazıb.
Kürəkənin bu səhvi təbii ki, qayınata Sergey Şoyqunun düşməni, "Vaqner" ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin diqqətindən yayınmayıb. Priqojinin sözlərinə görə, artıq Stolyarovu Ukraynaya müharibəyə göndərməyin vaxtı gəlib çatıb.
"Stolyarovu tutub mənim yanıma gətirin. Mən ona 6 həftə təlim keçəcəm və özüm də "Z-Zibil" olduğum üçün onu döyüş əməliyyatlarına göndərərək təkmilləşməsinə kömək edəcəm", - deyə Priqojin yazıb.
Yevgeni Priqojinə yaxın media kürəkənin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qarşı çıxan rejissor Aleksandr Moloçnikov və "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratovun müsahibəsini bəyəndiyini ortaya çıxarıb.
Qeyd edək ki, bu ilin yanvar ayında "The Insider" saytı Kseniya Şoyqu (müdafiə nazirinin qızı) və Aleksey Stolyarovun Yeni il tətilini Dubayda keçirdikləri barədə məlumat yayıb. Gənc cütlüyün Dubaydakı hoteldə ən azı yarım milyon rubla otaq icarəyə götürdükləri məlum olub.
Dünyaca məşhur müğənni Dua Lipa növbəti dəfə geyimi ilə gündəm olub
Türkiyənin Sivas əyalətində 4,7 bal gücündə zəlzələ olub.
Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liq
Dünyanın ən böyük sinəsinə malik olan qadınlardan biri də israilli Yuva
Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov: U
Türkiyədəki güclü zəlzələdə xeyli sayda yaxınını itirən Berke Kutay
Müğənni Yaşar Cəlilov paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Azərbaycan musiqisinin korifeylərindən olan Rəşid Behbudov 1968-ci ildə T�
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəm
Fevralın 24-də Kamera və Orqan Musiqisi zalının səhnəsində "Gə
"Türkiyə ilə sərhədlərimiz açılsa, Ermənistan Turanın bir parças