Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı və uğurla inkişaf edən ölkələrdən birinə çevirdi
Siyasət 25 Fev 2023 17:28:00 325 0
Müasir Azərbaycanın qurucusu Heydər Əliyev ölkəni postsovet məkanının bərbad və böhran vəziyyətindən müvəffəqiyyətlə çıxararaq, ən uğurla inkişaf edən ölkələrdən birinə çevirdi.
Bu xəbəri də oxu: Belçikalıların Kralı İlham Əliyevə başsağlığı verib
Bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü David Çikvaidze Trend BİA və NGBM-in birgə layihəsi olan "Heydər Əliyev İrsi" adlı layihəsi çərçivəsində deyib.
"Qurucu" termini həmçinin Corc Vaşinqton, Benjamin Franklin, Tomas Cefferson, Con Adams, Aleksandr Hamilton kimi yaşayan, çiçəklənən və hər onillik keçdikcə inkişaf yolunda daha böyük irəliləyiş nümayiş etdirən bir ölkəni yaradan şəxslərlə assosiasiya olunur. Daha sonrakı dövrlərdə, Mustafa Kamal Atatürk və Konrad Adenauer öz dövlətlərinin baniləri olublar. SSRİ-nin parçalanması ilə dünya arenasında on beş yeni ölkə meydana gəldi və onların hamısının qurucu liderə ehtiyacları var idi. Azərbaycan çox az ölkələrdən biridir ki, post-sovet ölkəsinin əsl qurucu atası olduğunu sübut edə bildi", - Çikvaidze deyib.
Onun sözlərinə görə, Heydər Əliyev dövlət qurucusu olaraq öz fəaliyyətinin və ölkəsinin gələcəyinin uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu idarəetmə ilə möhkəmlənməsinin qayğısına qalıb.
D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının müzakirəsi üçün səfər etdiyini xatırlayır.
"Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək yaranmış vəziyyətin Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, o adi bir siyasətçi deyil, müasir tarixin mühüm bir simasıdır. O mənim karyeram boyu tanıdığım ən güclü siyasi liderlərdən biri idi. Heydər Əliyev Qafqazda sülhün təminatını özünün əsas öhdəliyi hesab edir və heç vaxt bunu vurğulamaqdan yorulmurdu. "Sülhə nail olmaq asan olmayacaq, lakin sağlam düşüncə qalib gələcək. Qafqaz dinc olmalıdır, Qafqaz təhlükəsiz olmalıdır, Qafqaz sülh, xeyirxahlıq və mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq regionu olmalıdır", - Heydər Əliyev 1996-cı ildə Gürcüstana dövlət səfərində bunu vurğulayıb", - D.Çikvaidze əlavə edib.
D.Çikvaidzenin dediyi kimi, Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam edir.
"Prezident İlham Əliyevin müdrİk rəhbərliyi altında Azərbaycan enerji, siyasət sahələrində aparıcı dövlətə çevrilib, öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan dünya arenasında ciddi, inkişaf edən mühüm regional iştirakçı olmaqla bütün dünyada hörmətə malikdir. Azərbaycan həmçinin BMT-nin fəal və konstruktiv üzvüdür", - o sonda deyib.
Bir gün əvvəl Baku tv-nin qarajda, zibil içində yaşayan aşıq Məhbubə M
Dağıstanlı balaca Məhəmməd velosiped almaq üçün daxılına pul toplayı
Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminind
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəl
Avropa İttifaqı Şurası Rusiyaya 10-cu sanksiya paketini açıqlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 25-də İstanbulda Azərba
Dünya sosial şəbəkələrində Amerika brendi olan "MSCHF"yə məxs
Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir.
Korrupsiya qalmaqalının fiquru olan, Avropa Parlamentinin keçmiş vitse-prezi
Yaponiya sahillərində aşkar edilən naməlum obyektlə bağlı açıqlama ver
Son.az Kulis.az-a istinadən müğənni Xatirə İslam haqqında maraqlı faktla
Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təqaüdə g�
Zəlzələnin ilk günündən Adıyamanda yardım işlərinə qatılan Mahsun K�
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk