Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur


Siyasət 25 Fev 2023 15:14:00 348 0

Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur

Korrupsiya qalmaqalının fiquru olan, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli indi də Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "EU Today"də dərc olunmuş məqalədə deyilir.

Məlumata görə, Eva Kayli "qanlı almazlar" ticarətçisi Kaspar Karampetyanın rəhbərliyi altında özünün lobbiçilik fəaliyyətinə görə tanınan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) ilə əlaqəli olan Aİ-Ermənistan dostluq qrupu ilə olduqca sıx münasibətlərə malikdir.

Məqalədə həmçinin EAFJD-in Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin ofisində ermənilərin maraqlarının lobbiləşdirilməsi ilə məşğul olduğu, işğal dövründə Avropa Parlamentinin üzvlərinin Qarabağa qanunsuz səfərlərinin təşkilində iştirak etdiyi vurğulanır.

"Demək olar ki dünyanın bütün ölkələri bu rayonları Azərbaycanın suveren ərazisi olaraq tanıyır", - materialda deyilir.

Məqalədə xüsusən 2019-cu ilin avqustunda Avropa Parlamentinin almaniyalı üzvü Martin Zonnebornun özünün erməni əsilli həyat yoldaşı ilə birlikdə o zaman erməni işğalı altında olan Qarabağa səfər etdiyi qeyd olunur. Səfər EAFJD tərəfindən təşkil edilib. Onları həmçinin Kaspar Karampetyan müşayiət edib. Sonralar Almaniyanın Federal Xarici İşlər Nazirliyi bu səfəri pisləyib.

Materialda həmçinin qeyd olunur ki, Eva Kayli azərbaycanlı diplomatlara Şengen vizası verilməsinin əleyhinə çıxıb və öz mövqeyini Azərbaycanın guya "Qarabağa zorla girməyə çalışması" ilə əsaslandırıb, halbuki Qarabağ mübahisəsiz Azərbaycan ərazisidir. Bundan başqa, Eva Kayli Türkiyəyə qarşı da antaqonist münasibəti ilə tanınır, onun sözlərinə görə, guya Türkiyə "zorla Ermənistana girə bilər".

Məqalədə "Katarqeyt"in aysberqin sadəcə görünən hissəsi olduğu, şübhəli qeyri-hökumət təşkilatlarının öz fəaliyyətləri ilə Cənubi Qafqazda sülh prosesinə xələl gətirdiyi vurğulanır.

Son.az 

Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu, like
  • 25 Fev 15:00  
Kriminal Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu,

Son.az Kulis.az-a istinadən müğənni Xatirə İslam haqqında maraqlı faktla

arrow Ətraflı
Göygöl icra başçısının birinci müavini təqaüdə göndərilib like
  • 25 Fev 14:54  
Siyasət Göygöl icra başçısının birinci müavini təqaüdə göndərilib

Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təqaüdə g�

arrow Ətraflı
Mahsun Kırmızıgül üsyan etdi: "Allah bəlanızı versin" like
  • 25 Fev 14:51  
Şou-biznes Mahsun Kırmızıgül üsyan etdi: "Allah bəlanızı versin"

Zəlzələnin ilk günündən Adıyamanda yardım işlərinə qatılan Mahsun K�

arrow Ətraflı
Əsrlərin sınaqlarından çıxan AzərbaycanTürkiyə münasibətləri uğurla inkişaf edir like
  • 25 Fev 14:47  
Siyasət Əsrlərin sınaqlarından çıxan AzərbaycanTürkiyə münasibətləri uğurla inkişaf edir

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk

arrow Ətraflı
TREND QAŞLAR: Bunu asılqanlarla etmək mümkündür like
  • 25 Fev 14:40  
Digərləri TREND QAŞLAR: Bunu asılqanlarla etmək mümkündür

Yaşlandıqca üz quruluşumuz zəifləyir. Bu dəyişiklikdən ən çox təsir

arrow Ətraflı
Xatirə İslam gəlinliyini fantastik qiyməyə satışa çıxarıb like
  • 25 Fev 14:31  
Şou-biznes Xatirə İslam gəlinliyini fantastik qiyməyə satışa çıxarıb

Müğənni Xatirə İslam toyunda geyindiyi gəlinlik libasını nümayiş etdir

arrow Ətraflı
Boğazınız ağrıyırsa, bunları edin like
  • 25 Fev 14:20  
Digərləri Boğazınız ağrıyırsa, bunları edin

Havalar soyuduqca orqanizm viruslara qarşı mübarizədə zəifləyir. Bu da m

arrow Ətraflı
Ailəsi Ramiz Novruz haqda verilişi kövrələrək izlədi like
  • 25 Fev 14:11  
Şou-biznes Ailəsi Ramiz Novruz haqda verilişi kövrələrək izlədi

"Bir axşam səhnədə" verilişinin növbəti buraxılışı ötən g

arrow Ətraflı
Vilayət Eyvazov bu rayona like
  • 25 Fev 14:03  
Digərləri Vilayət Eyvazov bu rayona

Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev işdə

arrow Ətraflı
Gənc qızın şok əməlləri: "Ərin başqa qadın yanına getməsin deyə..." like
  • 25 Fev 14:00  
Kriminal Gənc qızın şok əməlləri: "Ərin başqa qadın yanına getməsin deyə..."

Ağdam rayonu sakini, 2001-ci il təvəllüdlü Sona (adlar şərti verilib -red

arrow Ətraflı
50 yaşlı erməni SanktPeterburqda “OMON” zabitlərini güllələdi like
  • 25 Fev 13:52  
Dünya 50 yaşlı erməni SanktPeterburqda “OMON” zabitlərini güllələdi

Özbəkistandan olan 50 yaşlı erməni Tiqran Xaçikyan Sankt-Peterburqun mərk

arrow Ətraflı
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir  FOTO like
  • 25 Fev 13:49  
Siyasət Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiy

arrow Ətraflı
Madonna 41 yaş kiçik sevgilisini aldatdı like
  • 25 Fev 13:45  
Şou-biznes Madonna 41 yaş kiçik sevgilisini aldatdı

Dünyaca məşhur müğənni Madonna 41 yaş kiçik sevgilisi Endryu Darnell il�

arrow Ətraflı
İranlı nazirin olduğu helikopter qəzası like
  • 25 Fev 13:34  
Dünya İranlı nazirin olduğu helikopter qəzası

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İranın idman naziri Həmid S�

arrow Ətraflı