KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb FOTO
Digərləri 25 Fev 2023 11:00:00 313 0
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu xəbəri də oxu: Azərbaycana casusluqda ittiham olunan Qalstyana 18 il
Agentlikdən Son.az-a verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar. Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Forum çərçivəsində keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb. KOBİA sədri KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı biznes missiyaların və digər birgə tədbirlərin təşkilinə, eləcə də Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasında hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.
Türkiyənin Konya vilayətinin Karapınar kəndi yaxınlığındakı əkin sah�
Meyxanaçı Ələkbər Yasamallı qohumunu qətlə yetirməkdə təqsirli bilin
Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyi
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan aldığı əmr əsasında baş naz
Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticəl�
İctimai Televiziyada "Baş tutmayan tələ" sənədli filmi yayımlan
Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmə
Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vil
Amerika Birləşmiş Ştatları ukraynalıların təcili ehtiyaclarını ödəm�
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa P
Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsin
Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəs